Ucarda qeyri sabit hava şəraiti qəzaya səbəb olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Qazyan kəndindən keçən hissəsində baş verib. Belə ki, Şəmil Nizami oğlu Süleymanovun idarə etdiyi " Ford" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındaki xəndəyə düşüb.
Nəticədə xəsarət alan şürücü, Şəmil Süleymanov təcili tibbi yardım avtomobili ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.



Bizim.Media, Aran bürosu