“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) Qapalı Səhimdar Cəmiyyətinin (QSC) sədrinə yeni köməkçi təyin edilib.
Bizim.Media “Demokrat.az”a istinadən xəbər veir ki, müvafiq əmrlə Nigar Ağayeva ASCO-nun yeni sədrinin köməkçisi təyin olunub.
Bununla bağlı ASCO-nun yeni sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Nigar Ağayeva bundan əvvəl Dövlət Dəniz və Liman Agentliyin Strateji İnkişaf və Layihələrin idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb.
Bizim.Media