Şimal bölgəsinin bəzi yerlərinə bu gecə yenə qar yağıb. Qar bu dəfə bütün yaşayış məntəqələrinə düşməyib.
Qubadakı Regional Şimal-Şərq Hidrometereologiya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, Qubanın rayon mərkəzinə 1 sm, Qusara 2 sm qar yağıb.
Qubanın Xaltan kəndinə 3 sm, Xızının Altıağac qəsəbəsinə 2 sm qar yağması müşahidə edilib.
Qubanın ən soyuq kəndinə qar düşməsə də burada -6,2 dərəcə şaxta qeydə alınıb.
Bölgənin avtomobil yolları buz bağlayıb.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu