Bu məlumatları yayan media subyektləri məsuliyyət daşıyacaq

Ali Məhkəmə “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarı qəbul edib və məhkəmə təcrübəsinə bir sıra yeniliklər gətirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, əvvəllər bir şəxs digər şəxsə qarşı yalan məlumatlar yaydığı halda şərəf və ləyaqətin müdafiəsi institutundan istifadə etməklə tələblər irəli sürülüb, məlumatın həqiqi olduğu ortaya çıxdıqda isə iddialar təmin olunmayıb.

Halbuki, şəxsin barəsində doğru məlumatların öz razılığı olmadan yayılması da qanun pozuntusudur.

Bu hal konstitusion səviyyədə qorunan şəxsi toxunulmazlıq hüququna müdaxilədir və bu hüququ pozulan hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola, həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini, belə məlumatların çıxarılmasını (ləğv edilməsi), ona dəymiş mənəvi zərərin ödənilməsini və s. tələb edə bilər.
 

Ali Məhkəmə yeni qərarı ilə bu hüququ şərəf və ləyaqətin müdafiəsi hüququndan fərqləndirib və xüsusi olaraq qeyd edib ki, şəxsi toxunulmazlıq hüququ konstitusion mənada şəxsi və ailə həyatının məxfiliyinin qorunmasını nəzərdə tutmaqla, hər bir şəxsin şəxsi və ailə həyatına hörmət edilməsinə, onun cəmiyyətdə özünü rahat və təhlükəsiz hiss etməsinə xidmət edir.


Ali Məhkəmə qərarında şəxsi toxunulmazlıq hüququnun mühüm institutu olan, lakin bu vaxtadək məhkəmə mübahisələrinin içində digərlərinə nisbətən müdafiədən kənarda qalan şəxsi və ailə həyatına hörmət hüququnu geniş şərh edərək ön plana çıxarıb.

Şəxsi və ailə həyatına hörmət hüququ - şəxsi və ailə həyatının sirrini saxlamaq, şəxsi və ailə həyatına hüquqazidd müdaxilədən, yəni öz razılığı olmadan şəxsi həyatı haqqında məlumatın toplanılmasından, saxlanılmasından, istifadəsindən və yayılmasından mühafizə olunmaq hüququdur. Şəxs öldükdə belə bu hüquq vərəsələri tərəfindən müdafiə oluna bilər.

Qanun təkcə şəxsi və ailə həyatına dair məlumatları qorumaqla kifayətlənmir, şəxsin mənzili, avtomobili, xidməti otağı, ləvazimatları, habelə şəxsi xüsusiyyətə malik digər əşyaları, ona məxsus heyvanları, bitkiləri və digər obyektləri də qoruyur.

Şəxs barəsində tibbi məlumatlar, maliyyə və əmlak vəziyyəti ilə bağlı məlumatlar, şəxsi yazışmaları, keçmişi ilə bağlı və digər şəxsi sirr təşkil edən məlumatlar, ünvanı, ailə vəziyyəti, boyu, yaşı, cinsi, ər-arvad arasındakı şəxsi münasibətləri (emosional, cinsi və s.), ailədaxili davranışlar, boşanma səbəbləri, uşaqların mənşəyi və sağlamlıq vəziyyətləri, övladlığa götürmə ilə bağlı məlumatlar, həmçinin ailə üçün məxfi və həssas xarakter daşıyan digər məlumatların şəxsin öz razılığı və ya heç bir qanuni əsas olmadan toplanması, saxlanması, istifadəsi və yayılması, pis niyyətlə şəxsin özünə bildirilməsi qadağandır və mülki məsuliyyətə səbəb olur.

Məqsədli şəkildə və aktiv hərəkətlərlə, heç bir qanuni əsas olmadan, özbaşına kiminsə barəsində məlumat toplamaq qadağandır.

Məsələn, bir şəxs öz maraqları naminə digər şəxs barədə məlumat əldə etmək üçün məxfi məlumatların saxlandığı informasiya bazasına daxil olaraq həmin şəxsə aid fərdi məlumatları toplayırsa bu hərəkət qanunsuz sayılır və mülki məsuliyyətə səbəb olur. Lakin məlumatlar şəxsə özü istəmədən, təsadüfən məlum olarsa, qanunsuz hesab olunmayacaq, bu şərtlə ki, onu aid olduğu şəxsin əleyhinə istifadə etməsin, yaymasın. Məsələn, eyni modeldən olan mobil telefonların dəyişik düşməsi nəticəsində telefonu səhvən əldə edən şəxs onu açarkən təsadüfən şəxsi sirr təşkil edən fotoşəkil və ya yazışmanı görür, bu şəxs gördüklərini istifadə etməsə və ya yaymasa heç bir məsuliyyət daşımayacaq.
 

Şəxsi və ailə sirri məlumatları aid olduğu şəxslərin razılığı olmadan yaymaq qadağandır. Xüsusilə televiziya və ya radio proqramlarında, sosial şəbəkələrdə və s. kütləvi üsullarla bildirilməsi yayılmanın kütləviliyi baxımından daha böyük həcmdə mənəvi zərərin vurulması ilə nəticələnə bilər. Yayılma audio-videoyazı yolu ilə edilmişsə, onu yayan şəxslə yanaşı media subyekti birmənalı olaraq şəxsi və ailə həyatına hörmət hüququnun pozulması ilə bağlı məsuliyyət daşıyacaq.


Proqramın məzmunu şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə riski daşıdığı halda, mütəmadi canlı şəkildə efirə gedən proqramlar və silsilə şəklində davam edən müxtəlif buraxılışlarda media subyektləri canlı efirə çıxacaq şəxsləri səsləndirdikləri məlumatlara və davranışlara görə insanların şəxsi və ailə həyatına hörmət hüququnun pozulması baxımından məsuliyyət daşıyacaqları barədə əvvəlcədən anlaşılan formada xəbərdar etməlidirlər, əks halda baş vermiş pozuntulara görə media orqanı özü də məsuliyyət daşıyacaq.

Şəxs əldə etdiyi məlumatı təkbətək şəkildə ona aid olan şəxsə ələ salaraq, lağ edərək, alçaldaraq, nüfuzdan salaraq və s. bu kimi aşağılayıcı məqsədlərlə, pis niyyətlərlə bildirərsə, şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qəbul edilməklə mənəvi zərər əsası yaradacaq. Məsələn, sağlamlıq vəziyyəti, fiziki çatışmazlığı, nikahdan kənar uşağının olması, nikahdankənar münasibətləri barədə həqiqi məlumatların (yazışmaların, foto, video və qanunla qorunan digər fərdi məlumatlar) özünə pis niyyətlə bildirilməsi.

Bundan başqa Ali Məhkəmə yeni qərarla şəxsin mənzilinə, işçiyə ayrılmış xidməti otağa, rəflərinə, iş masasına, kompüterinə, şəxsin çantasına, cibinə onun razılığı, habelə müvafiq qanuni əsas olmadan daxil olmanı da şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirib.

Plenum qərarından sonra artıq şəxsin heyvanlarına, bitkilərinə zərər vurması da mənəvi zərər əsası kimi qəbul edilə biləcək.

Bu hüquqların pozulması cinayət məsuliyyətinə səbəb olub-olmamasından asılı olmayaraq, mülki məsuliyyətə səbəb olacaq.

Şəxsi və ailə sirri təşkil edən məlumatları yaymış şəxslərlə bərabər bu məlumatın saxlanılmasına məsul olan şəxslər, qurumlar, idarə və müəssisələr, iş yerlərinin kadrlar sistemində mövcud olan işçilərə (digər əsasla xidmət göstərən şəxslərə) dair məlumatları və insan resurslarını idarə edən məsul şəxslər, işəgötürənlər, klinikalar, mobil operator şəbəkələri, banklar və vətəndaşlara xidmət göstərən digər müəssisələr, dövlət orqanları, sosial şəbəkə platformaları, hüquqi və fiziki şəxslər də məlumatların qanunazidd şəkildə kənar şəxslərə əlçatanlığını təmin edən şəxs kimi məsuliyyət daşıyacaqlar.
 

Çünki, onlar göstərdikləri xidmətlə bağlı özlərində (informasiya sistemlərində) olan fərdi məlumatları qorumağa borcludurlar, həmin məlumatların yayılmamasına, habelə şəxsin razılığı və ya qanuni əsaslar olmadan onun elektron hökumət portalında mövcud olan baza məlumatlarına daxil olunmamasına məsuldurlar, göstərilənlərin əksi şəxsi toxunulmazlıq hüququna müdaxilə hesab edilir.


Belə məlumatların yayılmasına şəxsin öz razılığı varsa, mülki məsuliyyət yaranmır. Razılıq açıq şəkildə ifadə edilməli, qanuna və ya əxlaqa zidd olmamalıdır. Şəxs öz razılığını həm yazılı, həm də şifahi formada verə, yaxud davranışı ilə və ya susaraq göstərə bilər. Məsələn, şəxs sosial şəbəkədə onun barəsində razılığı alınmadan edilmiş paylaşımı bəyənib və altından pozitiv rəy yazıbsa, razılıq vermiş hesab olunur.

Bundan başqa, məlumatlar ictimaiyyətə açıq olubsa və ya şəxsin özü onu ictimaiyyətə açıqlayıbsa, buna görə heç kəs məsuliyyət daşımır. Məsələn, bir şəxs internet resursunda əlaqə məlumatlarını, həyatını, xəstəliyini, gördüyü işləri, iş ortaqlarını və sairi paylaşırsa, bu şəxsin özünün həmin məlumatları ictimaiyyətə açıqlaması hesab edilir. Bu məlumatların sonradan başqa şəxslər tərəfindən olduğu kimi yayılması mülki məsuliyyət yaratmır.

Dövlət orqanlarının və digər şəxslərin şəxsi və ailə sirri təşkil edən məlumatları yayması qanunla müəyyən edilmiş hallarda mümkündür.

Məsələn, axtarışda olan şəxsin tapılması məqsədi ilə hüquq mühafizə orqanlarının şəxsin fotoşəkli, geyimi, boyu, yaşı cinsi və sair məlumatı paylaşması pozuntu hesab edilmir.

Yayılmış məlumatlar cəmiyyətin maraq dairəsindədirsə, bu da mülki hüquq pozuntusu hesab edilmir. Publik şəxslərin davranışları, qərarları və fəaliyyəti cəmiyyətə birbaşa və ya dolayı şəkildə təsir etdiyindən onların şəxsi həyatı da ictimai nəzarətə açıq olmalıdır.
 

Bu zaman yayılma ictimai marağı aşmamalıdır. Məsələn, jurnalist yerli özünüidarə orqanının rəhbərinin rəsmi gəlirləri ilə uyğun gəlməyən lüks mənzil və avtomobillərə sahib olması, habelə uşağının anadangəlmə qüsurlu olması barədə ictimaiyyətə məlumat verir.


Şəxsin əmlak vəziyyəti ilə bağlı göstərilən hallar şəxsi məlumat olsa da, cəmiyyətin legitim maraq dairəsinə daxildir, bu məlumatın yayılması pozuntu hesab edilə bilməz. Lakin, uşağın fiziki qüsurlu olması ilə bağlı məlumatlar şəxsi və ailə həyatına hüquqazidd müdaxilə hesab olunacaq, çünki, həmin şəxsin publik vəzifələrinin icrası baxımından hər hansı ictimai maraq kəsb etmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Tacikistan Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

Tacikistan Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

DYP-dən ÇAĞIRIŞ: “Yolların sürüşkən olacağını nəzərə alaraq...”

DYP-dən ÇAĞIRIŞ: “Yolların sürüşkən olacağını nəzərə alaraq...”

Elvin Cəfərquliyev Fransa klublarının TRANSFER HƏDƏFİNDƏ

Elvin Cəfərquliyev Fransa klublarının TRANSFER HƏDƏFİNDƏ

Qar yağacaq, temperatur 8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Qar yağacaq, temperatur 8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Bərpa edilən tarixi abidələrin SİYAHISI – RƏSMİ

Bərpa edilən tarixi abidələrin SİYAHISI – RƏSMİ

Qayınatası maşın almadığı üçün arvadını döydü

Qayınatası maşın almadığı üçün arvadını döydü

DİN müsabiqə elan etdi: Qadın namizədlərin NƏZƏRİNƏ!

DİN müsabiqə elan etdi: Qadın namizədlərin NƏZƏRİNƏ!

SON DƏQİQƏ: Ukrayna ordusu əks-hücuma keçdi

SON DƏQİQƏ: Ukrayna ordusu əks-hücuma keçdi

“Real” səfərdə qalib gəldi - VİDEO

“Real” səfərdə qalib gəldi - VİDEO

Eldar Quliyev həm deputatdır, həm rektor... - Bu necə olur? - FOTO

Eldar Quliyev həm deputatdır, həm rektor... - Bu necə olur? - FOTO

Türkiyə hələlik Suriya və İraqdan ÇIXMAYACAQ

Türkiyə hələlik Suriya və İraqdan ÇIXMAYACAQ

Avropa Visa və Mastercard-dan qurtulmaq istəyir – ABŞ-ın reaksiyası necə olacaq?

Avropa Visa və Mastercard-dan qurtulmaq istəyir – ABŞ-ın reaksiyası necə olacaq?

2 Rusiya vətəndaşı Almaniyada hamilə qadını QƏTLƏ YETİRDİ

2 Rusiya vətəndaşı Almaniyada hamilə qadını QƏTLƏ YETİRDİ

İranda Pezeşkianın tərəfdarları saxlanıldı - ADLAR

İranda Pezeşkianın tərəfdarları saxlanıldı - ADLAR

Qərb Belarusda çevriliş planlaşdırıb? - Rusiya kəşfiyyatının İDDİASI

Qərb Belarusda çevriliş planlaşdırıb? - Rusiya kəşfiyyatının İDDİASI

“Qarabağ”la oyunun təxirə salınması iddialarına “Neftçi”dən REAKSİYA

“Qarabağ”la oyunun təxirə salınması iddialarına “Neftçi”dən REAKSİYA

Rusiyadan Ukraynaya qarşı hava terroru – Son həftədə 1 735 dron, 123 raket…

Rusiyadan Ukraynaya qarşı hava terroru – Son həftədə 1 735 dron, 123 raket…

4 milyona görə həbs edilən dəstə başçısı da ev dustaqlığına buraxıldı – FOTO

4 milyona görə həbs edilən dəstə başçısı da ev dustaqlığına buraxıldı – FOTO

Lavrov ABŞ-ı “kişi kimi davranmağa” çağırdı

Lavrov ABŞ-ı “kişi kimi davranmağa” çağırdı

Rusiyada qubernatorlar şəxsi mühafizəyə xərcləri kəskin artırdı – NƏDƏN QORXURLAR?

Rusiyada qubernatorlar şəxsi mühafizəyə xərcləri kəskin artırdı – NƏDƏN QORXURLAR?

Naxçıvan şəhərinin icra başçısı vəzifəsindən AZAD EDİLDİ

Naxçıvan şəhərinin icra başçısı vəzifəsindən AZAD EDİLDİ

COVID-in dərmanı açıqlandı

COVID-in dərmanı açıqlandı

Bələdiyyələrin gəlirləri BƏLLİ OLDU

Bələdiyyələrin gəlirləri BƏLLİ OLDU

End of content

No more pages to load

RADİO