Fevralın 4-də Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın vəziyyəti açıqlanıb.
Bu barədə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-ya məlumat verilib:
MÖVZU İLƏ BAĞLI:
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı
“04.02.2026-cı il tarixində saat 18:00 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 2019-cu il təvəllüdlü azyaşlının müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir”.
Nəzrin Mirzəyeva, Bizim.Media