Fevralın 4-də Göygöl rayonunda Molla Cəlilli kənd sakini, 1986-cı il təvəllüdlü Saqib Quliyevi bıçaqlayaraq dərəyə atan şəxs müəyyənləşdirilərək saxlanılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Göygöl rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Göygöl rayon Mollacəlilli kənd sakini 41 yaşlı Rasim Quliyev saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu