08.02.2026-cı il tarixində saat 14:00 radələrində zəhərlənmə şübhəsi ilə 8 nəfər (2 kişi, 6 qadın) şəxs), Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qusar Rayon Mərkəzi Xəstəxanası yayıb.
Onlara qida toksikoinfeksiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir.
Bizim.Media