Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib.
Bizim.Media xəbər verir ki, hadisə Xucbala kəndində qeydə alınıb.
Qonaqlıq zamanı 1953-cü il təvəllüdlü N.Şabutov, 1953-cü il təvəllüdlü H.Şabutova, 1986-cı il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü N.Şabutova, 2010-cu il təvəllüdlü D.Şabutov, 2025-ci il təvəllüdlü G.Şabutova və 1978-ci il təvəllüdlü D.Məmmədova qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya çatdırılıblar.
İlkin məlumata görə, onların “paytaxt” salatından zəhərləndiyi iddia edilir.
Faktla bağlı Quba Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu