Saxta araq satan azərbaycanlı dəstəyə HÖKM OXUNDU

Rusiyanın Pervouralsk Şəhər Məhkəməsi saxta spirtli içkilərin satışı ilə bağlı ittiham olunan azərbaycanlı sahibkarlar — Elmadin Ağayev, Elvin Şükürov və Mirxas Verdiyev barəsində hökm çıxarıb.

Bizim.Media xəbər verir ki, məhkəmə Verdiyevə 150 min rubl cərimə ilə 1 il 6 ay azadlıqdan məhrumetmə, Ağayevə 100 min rubl cərimə ilə 1 il 3 ay həbs cəzası təyin edib. Şükürov isə bir il müddətinə azadlıqdan məhrum ediləcək. Müsadirə olunmuş məhsulların məhv edilməsi barədə tapşırıq verilib.
 

Qeyd edək ki, Şükürov və onunla birlikdə olan şəxslər ötən ilin yayında saxlanılıblar. Onlara Rusiya Federasiyası Cinayət Məcəlləsinin 171.1-ci maddəsinin 6-cı hissəsinin “a” və “b” bəndləri (xüsusilə iri miqyasda, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən markalanmamış spirtli içkilərin istehsalı, saxlanması, satış məqsədilə daşınması və ya satışı) üzrə ittiham irəli sürülüb.


Məhkəmə müəyyən edib ki, bu üç nəfər 2024-cü ilin noyabrından 2025-ci ilin iyulunadək fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrupun üzvləri olublar. Lisenziyaları olmadığı halda onlar Novоalekseyevka kəndində, “İzümrud” sənaye bazasının ərazisində spirtli içkilərin satışı ilə məşğul olublar. Onların əməlləri nəticəsində dövlətə dəymiş zərər 7 milyon rubl məbləğində qiymətləndirilir.

Təqsirləndirilən şəxslər günahlarını etiraf edərək peşman olduqlarını bildiriblər. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Duzun azlığı da artıqlığı qədər sağlamlıq üçün ZƏRƏRLİ İMİŞ

Duzun azlığı da artıqlığı qədər sağlamlıq üçün ZƏRƏRLİ İMİŞ

Tarixin ƏN YAXŞILARI...

Tarixin ƏN YAXŞILARI...

Saxta pasportla Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşına HÖKM OXUNDU

Saxta pasportla Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşına HÖKM OXUNDU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

“Tehran nə indi, nə də gələcəkdə raket proqramını müzakirə etməyi planlaşdırmır” - Əraqçi

“Tehran nə indi, nə də gələcəkdə raket proqramını müzakirə etməyi planlaşdırmır” - Əraqçi

Cüdoçumuz "Böyük Dəbilqə"nin FİNALINDA

Cüdoçumuz "Böyük Dəbilqə"nin FİNALINDA

"Diskotekanın bünövrəsini mən qoymuşam"

"Diskotekanın bünövrəsini mən qoymuşam"

Borc istədiyi tanışını talayan şəxs SAXLANILDI

Borc istədiyi tanışını talayan şəxs SAXLANILDI

“Rusiya bununla Avropanın təhlükəsizliyini risk altına atıb” - Zelenski

“Rusiya bununla Avropanın təhlükəsizliyini risk altına atıb” - Zelenski

Ter Ştegen əməliyyat olundu

Ter Ştegen əməliyyat olundu

Saxta araq satan azərbaycanlı dəstəyə HÖKM OXUNDU

Saxta araq satan azərbaycanlı dəstəyə HÖKM OXUNDU

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - TƏLİM/FOTO

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - TƏLİM/FOTO

Siyəzəndə qadın 6 kiloqram narkotiklə SAXLANILDI - VİDEO

Siyəzəndə qadın 6 kiloqram narkotiklə SAXLANILDI - VİDEO

Bu qanun qüvvəyə mindi - 30 min manat CƏRİMƏ

Bu qanun qüvvəyə mindi - 30 min manat CƏRİMƏ

"Arsenal"ın ƏN YAXŞISI seçildi

"Arsenal"ın ƏN YAXŞISI seçildi

Ölkə ərazisində külək güclənəcək - SARI XƏBƏRDARLIQ

Ölkə ərazisində külək güclənəcək - SARI XƏBƏRDARLIQ

“İran ABŞ bazalarına raket zərbələri planlaşdırır” - KİV

“İran ABŞ bazalarına raket zərbələri planlaşdırır” - KİV

Bu bürclər ciblərində ŞANSLI BİLETLƏ doğulurlar

Bu bürclər ciblərində ŞANSLI BİLETLƏ doğulurlar

Stadionun vəziyyətinə görə matç TƏXİRƏ SALINDI

Stadionun vəziyyətinə görə matç TƏXİRƏ SALINDI

"İdrak" liseyində müəllimini güllələyən şagird HƏBS EDİLDİ

"İdrak" liseyində müəllimini güllələyən şagird HƏBS EDİLDİ

Naxçıvan Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilidi

Naxçıvan Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilidi

“İdrak” liseyində güllələnən müəllimin SON VƏZİYYƏTİ

“İdrak” liseyində güllələnən müəllimin SON VƏZİYYƏTİ

Nazir: “Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır”

Nazir: “Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır”

Ərdəbildə baş verən etirazlardan yeni görüntülər - VİDEO

Ərdəbildə baş verən etirazlardan yeni görüntülər - VİDEO

End of content

No more pages to load

RADİO