“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - TƏLİM/FOTO

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.

Bizim.Media xəbər verir ki, təlimin beşinci günündə ustad dərslərini Əməkdar mədəniyyət işçisi, Qərbi Azərbaycan Televiziyasının rəhbəri Telli Pənahqızı, Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri, BDU-nun Jurnalistika fakültəsinin müəllimi dosent Vəfa İsgəndərova, BDU-nun kafedra müdiri, AzTV-nin Teleradio Akademiyasının “Fokus” qrupunun rəhbəri Aynur Nəsirova, AzTV-nin xəbər aparıcısı, efir estetikası və nitq mədəniyyəti üzrə mütəxəssis Mümtaz Xəlilzadə keçiblər. Bu dəfə təlim “Savadlı danışıq, xəbər dilində məsuliyyət” mövzusuna həsr olunub.
 

Təlim çərçivəsində Telli Pənahqızı “Niyə biz savadlı danışmırıq?” mövzusuna toxunub. O, Azərbaycan dilinin zəngin olduğunu, istənilən fikrin bu dil vasitəsilə dolğun şəkildə ifadə edilə biləcəyini vurğulayıb. Telli Pənahqızı televiziya əməkdaşlarının danışıq tərzi ilə tamaşaçıya örnək olmasını və dilin qorunmasının hər bir media nümayəndəsinin borcu olduğunu bildirib.


Digər çıxışlarda xəbər dilində məsuliyyət, aparıcının mətni oxumaması, onu danışıq üslubunda tamaşaçıya çatdırması mövzusuna toxunulub. Eyni zamanda, xəbər mətnində pafosun yolverilməzliyi, aparıcının efirə çıxmazdan əvvəl xəbər bloku ilə tanışlığının vacibliyi, mətndə uyğun olmayan ifadələrə rast gəldiyi halda onları dəyişməkdən çəkinməməli olması diqqətə çatdırılıb.

Təlimdə aparıcıların tələskən oxu tempi, əl-qol hərəkətlərinin normadan artıq olması, efir estetikasına uyğun olmayan aksesuarlar, eləcə də dil və tələffüz xətaları geniş şəkildə təhlil olunub. Həmçinin müxtəlif televiziya kanallarının aparıcılarına aid videomateriallar nümayiş etdirilib, üzə çıxan məqamlar üzərində müzakirələr aparılıb.

Daha sonra dilimizə yad ifadələrin (varvarizmlərin) vurduğu zərərdən, xəbərlərin aydın və dəqiq dildə yazılmasının vacibliyindən danışılıb. Vurğulanıb ki, xəbərdə şərh bildirən sifətlərə və qeyri-müəyyən mənbələrə yer verilməməlidir.

Bununla yanaşı, sosial mediada xəbərlərlə bağlı ən çox rast gəlinən mənfi hallardan biri kimi şişirdilmiş və məzmuna uyğun olmayan aldadıcı başlıqların verilməsi məsələsi diqqətə çatdırılıb.

Xatırladaq ki, təlimlərin keçirilməsinin əsas məqsədi media mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq edilməsidir.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Duzun azlığı da artıqlığı qədər sağlamlıq üçün ZƏRƏRLİ İMİŞ

Duzun azlığı da artıqlığı qədər sağlamlıq üçün ZƏRƏRLİ İMİŞ

Tarixin ƏN YAXŞILARI...

Tarixin ƏN YAXŞILARI...

Saxta pasportla Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşına HÖKM OXUNDU

Saxta pasportla Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşına HÖKM OXUNDU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

“Tehran nə indi, nə də gələcəkdə raket proqramını müzakirə etməyi planlaşdırmır” - Əraqçi

“Tehran nə indi, nə də gələcəkdə raket proqramını müzakirə etməyi planlaşdırmır” - Əraqçi

Cüdoçumuz "Böyük Dəbilqə"nin FİNALINDA

Cüdoçumuz "Böyük Dəbilqə"nin FİNALINDA

"Diskotekanın bünövrəsini mən qoymuşam"

"Diskotekanın bünövrəsini mən qoymuşam"

Borc istədiyi tanışını talayan şəxs SAXLANILDI

Borc istədiyi tanışını talayan şəxs SAXLANILDI

“Rusiya bununla Avropanın təhlükəsizliyini risk altına atıb” - Zelenski

“Rusiya bununla Avropanın təhlükəsizliyini risk altına atıb” - Zelenski

Ter Ştegen əməliyyat olundu

Ter Ştegen əməliyyat olundu

Saxta araq satan azərbaycanlı dəstəyə HÖKM OXUNDU

Saxta araq satan azərbaycanlı dəstəyə HÖKM OXUNDU

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - TƏLİM/FOTO

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - TƏLİM/FOTO

Siyəzəndə qadın 6 kiloqram narkotiklə SAXLANILDI - VİDEO

Siyəzəndə qadın 6 kiloqram narkotiklə SAXLANILDI - VİDEO

Bu qanun qüvvəyə mindi - 30 min manat CƏRİMƏ

Bu qanun qüvvəyə mindi - 30 min manat CƏRİMƏ

"Arsenal"ın ƏN YAXŞISI seçildi

"Arsenal"ın ƏN YAXŞISI seçildi

Ölkə ərazisində külək güclənəcək - SARI XƏBƏRDARLIQ

Ölkə ərazisində külək güclənəcək - SARI XƏBƏRDARLIQ

“İran ABŞ bazalarına raket zərbələri planlaşdırır” - KİV

“İran ABŞ bazalarına raket zərbələri planlaşdırır” - KİV

Bu bürclər ciblərində ŞANSLI BİLETLƏ doğulurlar

Bu bürclər ciblərində ŞANSLI BİLETLƏ doğulurlar

Stadionun vəziyyətinə görə matç TƏXİRƏ SALINDI

Stadionun vəziyyətinə görə matç TƏXİRƏ SALINDI

"İdrak" liseyində müəllimini güllələyən şagird HƏBS EDİLDİ

"İdrak" liseyində müəllimini güllələyən şagird HƏBS EDİLDİ

Naxçıvan Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilidi

Naxçıvan Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilidi

“İdrak” liseyində güllələnən müəllimin SON VƏZİYYƏTİ

“İdrak” liseyində güllələnən müəllimin SON VƏZİYYƏTİ

Nazir: “Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır”

Nazir: “Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır”

Ərdəbildə baş verən etirazlardan yeni görüntülər - VİDEO

Ərdəbildə baş verən etirazlardan yeni görüntülər - VİDEO

End of content

No more pages to load

RADİO