Çərəz sevənlər balqabaq tumuna xüsusilə diqqət yetirməlidirlərç çünki nlar orqanizm üçün olduqca faydalıdır. Balqabaq tumları ilk dəfə eramızdan əvvəl təxminən 7 min il əvvəl qida kimi istifadə olunmağa başlayıb. Balqabağın tumları əsasən, Meksikada, Gila Nakits adlı mağara məqbərəsində aşkar edilib. Balqabaq tumları XV–XVIII əsrlərdə geniş yayılıb. Onları çiy və qovrulmuş halda yemək, salatlara, şorbalara və bişmiş məmulatlara əlavə etmək olar.
Bizim.Media balqabaq tumunun faydalarını təqdim edir:
Balqabaq tumunun faydaları
Balqabaq tumları vitamin və minerallarla zəngindir: A, B, C, K, D, E vitaminləri, həmçinin kalsium, selen, sink, maqnezium, mis, kalium, dəmir, manqan və fosfor ehtiva edir. Onların tərkibində faydalı amin turşuları, o cümlədən 12 əvəzolunmaz amin turşusu və bitki mənşəli yağ turşuları var.
Balqabaq tumlarında olan L-triptofan yuxunun keyfiyyətini yaxşılaşdırır, serotonin səviyyəsini artıraraq əhval-ruhiyyəni dəstəkləyir və stressi azaldır. Tumların tərkibindəki arginin qan dövranını və damarların fəaliyyətini yaxşılaşdırır, A vitamini isə ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir.
Fitosterollar “pis” xolesterinin səviyyəsini azaltmağa və aterosklerozun qarşısını almağa kömək edir, toxum yağı isə xüsusilə yaşlı insanlarda xolesterinin nəzarətdə saxlanmasına dəstək olur.
Yüksək sink tərkibi sümükləri və damarları möhkəmləndirir, artrit zamanı iltihabı azaldır və hər yaşda sümük toxumasının sağlamlığını qoruyur.

Lif bağırsaqların fəaliyyətini normallaşdırır, peristaltikanı stimullaşdırır və təbii işlədici kimi təsir göstərərək ürəkbulanmanı azaldır.
A vitamini görməni yaxşılaşdırır, minerallar və lif isə gözdə tor qişanı qoruyur və kataraktanın qarşısının alınmasına kömək edir.
Balqabaq tumunun kişilər üçün faydası
Balqabaq tumları kişi orqanizmi üçün xüsusilə faydalıdır. Onlar cinsi sistemin, xüsusilə prostat vəzinin sağlamlığını dəstəkləyir. Elmi araşdırmalara görə, kişi orqanizminə prostatda iltihabi proseslərin inkişafından qorunmaq üçün sink vacibdir.
Gündə cəmi 20–30 qram balqabaq tumu yemək sinkə olan tələbatı ödəmək üçün kifayətdir.
Bundan əlavə, sink testosteron — əsas kişi hormonunun molekulunun bir hissəsidir ki, bu da balqabaq tumlarını kişi sonsuzluğunun profilaktikası üçün faydalı edir. Tumların tərkibindəki fosfor da uşaq sahibi olma şansını artırır.

Digər tədqiqatlara görə, balqabaq tumlarının müntəzəm qəbulu prostat adenomasının simptomlarını yüngülləşdirməyə kömək edir.
Kimlər üçün zərərlidir
Tövsiyə olunan gündəlik norma 40 tumdan çox olmamalıdır. Bir dəfəyə isə maksimum 20 tum yemək məsləhətdir.
Balqabaq tumları balqabağa fərdi dözümsüzlük olduqda allergik reaksiya yarada bilər.
Balqabaq tumlarının istifadəsi tövsiyə edilmir:
mədə-bağırsaq xəstəliklərinin turşuluğun artması ilə kəskinləşməsi zamanı;
bağırsaq keçməzliyi olduqda;
qastrit, kolit, mədə və onikibarmaq bağırsaq xorası zamanı.
Bizim.Media