Naxçıvanın bəzi ərazilərində su olmayacaq.
Bizim.Media xəbər verir ki, şəhərin Əliqulu Qəmküsar küçəsini, Babək, Əlincə, 6-cı məhəllələri və Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu ərazinin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.
İşlər 6 fevral tarixində gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
Bizim.Media