Yağan qardan sonra yolun buz bağlaması və sürüşkən olması Muğanlı-İsmayıllı yolunda sürücülər üçün çətinliklər yaradıb.
Bizim.Media “Xəzər TV”yə istinadla xəbər verir ki, güclü qar səbəbindən yolun bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşıb, bəzi sürücülər isə hərəkəti davam etdirə bilmədikləri üçün avtobillərini yolun kənarında saxlayıblar.
Səhər saatlarından etibarən Avtomobil Yollarının Mühafizəsi Xidmətinin Şimal-Qərb bölgəsi üzrə əməkdaşları və İsmayıllı rayon 9 saylı Yol İstismar İdarəsinin işçiləri əraziyə cəlb olunublar. Eyni zamanda, polis əməkdaşları da gücləndirilmiş iş rejimində olub.
Gecə saatlarından yolların yenidən buz bağlaması ehtimalı var.
Daha ətraflı videomaterialda:
Bizim.Media