Maşını olanlar hər ay pul ödəyəcəklər — AÇIQLAMA

Müasir avtomobillərdə “sahiblik” anlayışı getdikcə dəyişir. Artıq avtomobili almaq onun bütün funksiyalarına sahib olmaq demək deyil. BMW, Mercedes, Tesla kimi tanınmış brendlərin bəzi funksiyaları proqram vasitəsilə kilidləməsi və onların istifadəsi üçün aylıq ödəniş tələb etməsi bu yanaşmanın nə dərəcədə ədalətli olduğu ilə bağlı ciddi suallar doğurur.

Bu halda avtomobilin real sahibi sürücüdür, yoxsa onu proqramla idarə edən istehsalçı şirkət?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a danışan nəqliyyat eksperti Razil Nağıyevin sözlərinə görə, müasir avtomobillərdə istehsalçıların bəzi funksiyaları abunə modeli ilə təqdim etməsi son illər geniş müzakirələrə səbəb olub. O bildirib ki, xüsusilə Tesla, BMW, Mercedes və Volkswagen kimi markaların yanaşmaları mövzunu daha da aktuallaşdırır.

Ekspert qeyd edib ki, Tesla bəzi avtomatik sürücülük və təhlükəsizlik funksiyalarını abunə əsasında təqdim edir:

"Autosteer" və daha inkişaf etmiş sürücüyə kömək sistemləri "Full Self-Driving" (FSD) paketi çərçivəsində əlavə ödəniş qarşılığında aktivləşdirilir. Bu isə əvvəllər standart sayılan bəzi funksiyaların sonradan ödənişli modelə keçirilməsi ilə müşayiət olunub".

Razil Nağıyev xatırladıb ki, BMW bir müddət oturacaq qızdırıcısı üçün abunə modelini sınaqdan keçirsə də, ictimai narazılıqlar fonunda bu yanaşmadan geri çəkildi:

"Mercedes markasında isə fiziki funksiyaların birbaşa abunə ilə satışı geniş yayılmayıb, lakin “Mercedes me connect” kimi onlayn xidmətlər çərçivəsində uzaqdan idarəetmə, təhlükəsizlik, naviqasiya və əlavə məlumat xidmətləri illik və ya abunə əsaslı paketlər şəklində təqdim olunur".

Ekspertin sözlərinə görə, bu model sürücülərin hüquqları baxımından birmənalı qarşılanmır. Bir tərəfdən, aylıq abunə sistemi avtomobili daha aşağı ilkin qiymətlə almağa və yalnız ehtiyac duyulan funksiyalar üçün ödəniş etməyə imkan verir. Digər tərəfdən isə avtomobildə fiziki olaraq mövcud olan funksiyaların proqramla kilidlənməsi və onların açılması üçün əlavə pul tələb edilməsi sürücülər tərəfindən ədalətsiz hesab olunur.

“Avtomobil artıq satın alındıqdan sonra əsas və komfort funksiyalarına görə davamlı ödəniş tələbi həm hüquqi, həm də etik mübahisələr yaradır”, – deyə Razil Nağıyev vurğulayıb.

Onun fikrincə, bu cür sistemlər Azərbaycanda tətbiq olunsa, sürücülərin proqram kilidlərini sındırmağa cəhd etməsi ehtimalı arta bilər. Xüsusilə fiziki olaraq avtomobildə mövcud olan, lakin proqramla məhdudlaşdırılan funksiyalar üçün aylıq ödəniş tələbi narazılıq yarada və alternativ yolların axtarılmasına səbəb ola bilər.

Ekspert qeyd edib ki, müasir avtomobillərdə bu funksiyalar yalnız lokal proqramla deyil, istehsalçı serverləri, onlayn autentifikasiya sistemləri, şifrələnmiş idarəetmə blokları və uzaqdan yenilənmə mexanizmləri ilə qorunur. Bu isə proqram kilidlərinin sındırılmasını texniki baxımdan olduqca çətinləşdirir.

“Belə müdaxilələr avtomobilin zəmanətinin ləğvinə, təhlükəsizlik sistemlərinin sıradan çıxmasına və hətta istehsalçı tərəfindən avtomobilin uzaqdan bloklanmasına qədər gedib çıxa bilər”, – deyə o əlavə edib.

Razil Nağıyev bildirib ki, Azərbaycanda fəaliyyət göstərən ustalar avtomobil elektronikasına müəyyən qədər bələd olsalar da, serverə bağlı, abunə əsaslı funksiyaların açılması yüksək riskli və qanunsuzdur. Bu səbəbdən belə halların kütləvi xarakter alması real görünmür.

Ekspertin fikrincə, uzunmüddətli perspektivdə sürücülər ya rəsmi abunə modelini qəbul etməli, ya da həmin funksiyalardan istifadədən imtina etməli olacaqlar.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Fənərbağça” kubok matçında qalib gəldi - VİDEO

“Fənərbağça” kubok matçında qalib gəldi - VİDEO

Rəsmi Bakı: “Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır”

Rəsmi Bakı: “Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır”

“İdrak” liseyində güllələlənən müəllim qadın imiş... – RƏSMİ

“İdrak” liseyində güllələlənən müəllim qadın imiş... – RƏSMİ

"Şagird ov tüfəngini məktəbə çantasında gətirib" – Liseydən İLK AÇIQLAMA

"Şagird ov tüfəngini məktəbə çantasında gətirib" – Liseydən İLK AÇIQLAMA

Sumqayıtda 14 yaşlı uşaq məktəbdə vəhşicəsinə döyülüb – RƏSMİ AÇIQLAMA

Sumqayıtda 14 yaşlı uşaq məktəbdə vəhşicəsinə döyülüb – RƏSMİ AÇIQLAMA

Kividən daha çox C vitamini olan məhsullar AÇIQLANDI

Kividən daha çox C vitamini olan məhsullar AÇIQLANDI

SON DƏQİQƏ! İdrak Liseyində şagird müəllimi güllələdi – VİDEO

SON DƏQİQƏ! İdrak Liseyində şagird müəllimi güllələdi – VİDEO

İranda ət kreditlə SATILIR

İranda ət kreditlə SATILIR

Nüvə anlaşmasının SONU – Dünya dağıdıcı mərhələyə QƏDƏM QOYUR

Nüvə anlaşmasının SONU – Dünya dağıdıcı mərhələyə QƏDƏM QOYUR

Bu bürclər üçün sınaq dövrü başlayır

Bu bürclər üçün sınaq dövrü başlayır

Naxçıvanda su OLMAYACAQ

Naxçıvanda su OLMAYACAQ

16 milyard dollardan çox yardım üçün iki şərti var idi - Razılaşmadı

16 milyard dollardan çox yardım üçün iki şərti var idi - Razılaşmadı

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Şagird məktəbi yandırdı, direktor işdən çıxarıldı – Rusiyada QEYRİ-ADİ OLAY

Şagird məktəbi yandırdı, direktor işdən çıxarıldı – Rusiyada QEYRİ-ADİ OLAY

Sağlamlıq üçün təhlükəli imiş - Çoxunun evində var

Sağlamlıq üçün təhlükəli imiş - Çoxunun evində var

Horadiz-Ağbənd avtomobil yolu nə zaman istismara veriləcək? – RƏSMİ AÇIQLAMA

Horadiz-Ağbənd avtomobil yolu nə zaman istismara veriləcək? – RƏSMİ AÇIQLAMA

Kəlbəcərdə maraqlı mənzərə: “Xallı” və “Yallı”nın dostluğu – VİDEO

Kəlbəcərdə maraqlı mənzərə: “Xallı” və “Yallı”nın dostluğu – VİDEO

Antarktidada iş elanı - 70 min manat maaş, limitsiz yemək...

Antarktidada iş elanı - 70 min manat maaş, limitsiz yemək...

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

DİQQƏT! Saat 10:00-dan 16:00-dək...

DİQQƏT! Saat 10:00-dan 16:00-dək...

Köməksiz qalan balıqçılar xilas EDİLDİ - FOTO

Köməksiz qalan balıqçılar xilas EDİLDİ - FOTO

"Əsrin fəlakəti"ndən üç il ÖTÜR

"Əsrin fəlakəti"ndən üç il ÖTÜR

İpoteka və kirayə mənzil istəyənlər DİQQƏT: Müraciət forması yeniləndi

İpoteka və kirayə mənzil istəyənlər DİQQƏT: Müraciət forması yeniləndi

Saat 10:00-da qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-da qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

End of content

No more pages to load

RADİO