Respublika Hərbi Prokurorluğunda şöbə rəisi vəzifəsinə yeni təyinat olub.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Amid Verdiyev Kadrlar şöbəsinin rəisi təyin edilib.
Qeyd edək ki, son günlər Hərbi Prokurorluqda bir neçə kadr dəyişikliyi baş tutub.
Bizim.Media