Şamaxıda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, ana - 48 yaşlı Miraliyeva Aygun Azadxan qızı və iki övladı - 24 yaşlı Miraliyev Asif Namiq oğlu, 18 yaşlı Miraliyev Natiq Namiq oğlu dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hazırda vəziyyətlərinin ağır olduğu bildirilir.
Bizim.Media, Aran bürosu