Moskvada müştərini öldürən azərbaycanlı aşpaza hökm oxundu

Şəki Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Firdovsi Fərəcovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 3 il 7 ay 13 gün müddətinə azadlıqdan məhrum edilib.

İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olub.

Belə ki, hadisə 15 yanvar 2009-cu il tarixdə, saat 02 radələrində Rusiya Federasiyasının Moskva şəhərində yerləşən və Firdovsi Fərəcovun əvvəllər aşpaz kimi fəaliyyət göstərdiyi kafenin qarşısında baş verib.
 

Məlumata görə, həmin vaxt təqsirləndirilən şəxs bir neçə şəxslə birlikdə olduğu zaman aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Firdovsi əvvəllər tanımadığı Ukrayna vətəndaşı Vladimir Zubkovun qəsdən sağlamlığına ağır bədən xəsarəti yetirmək qərarına gəlib. O, istintaqla dəqiq müəyyən edilməyən bıçaqla ona iki dəfə zərbə endirib. Nəticədə Firdovsi Vladimir Zubkova həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri yetirib. Zərərçəkmiş şəxs təcili tibbi yardımla Elmi-Tədqiqat Təcili Tibbi Yardım İnstitutuna çatdırılıb və ona ilkin tibbi müdaxilə göstərilməsinə baxmayaraq, həmin gün saat 04:30 radələrində ölüb.


Məhkəmə iclasında Firdovsi Fərəcov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2009-cu ildə Moskva şəhərində yerləşən kafelərin birində kababçı kimi çalışıb və hadisə baş verən zaman obyektin mətbəxində olub, sözügedən davanı görməyib. Firdovsinin sözlərinə görə, sonradan ona məlum olub ki, dava taksi sürücüləri arasında qeydə alıb.

Təqsirləndirilən şəxs deyib ki, hadisədən sonra polis əməkdaşları kafeyə gələrək ondan və digər şəxslərdən izahat alıblar. Bir müddət sonra qardaşı və bacısının vəfat etməsi səbəbindən Azərbaycana qayıdıb və anasının xəstə olması ilə əlaqədar Rusiyaya geri dönməyib.

O, Rusiyada baş vermiş hadisə ilə bağlı 2010-cu ildə Yevlax Rayon Prokurorluğunda dindirildiyini və sərbəst buraxıldığını, daha sonra isə başqa cinayət işi ilə əlaqədar 2022-ci ildə cəzaçəkmə müəssisəsinə aparıldığını və hazırda cəza çəkdiyini qeyd edib. Firdovsi Fərəcov Azərbaycana qayıtdıqdan sonra bu hadisə ilə bağlı prokurorluq tərəfindən axtarıldığını bildiyini, lakin başqa heç bir məlumatının olmadığını deyib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

End of content

No more pages to load

RADİO