Sağlam qidalanma mütəxəssisləri uzun ömür və sağlam yaşlanma üçün gündəlik rasiona daxil edilməli olan 7 əsas qidanı açıqlayıblar.
Bizim.Media xəbər verir ki, onların fikrincə, bu məhsullar orqanizmi qida ilə təmin etməklə yanaşı, yaşla bağlı riskləri də azalda bilər.
Mütəxəssislər bu qidaların gündəlik rasiona daxil edilməsini tövsiyə edirlər: müxtəlif meyvələr, yaşıl yarpaqlı tərəvəzlər, omega-3 yağ turşuları ilə zəngin balıqlar, qoz-fındıq, tam taxıllar, paxlalılar və fermentləşdirilmiş probiotik məhsullar.
Bu qidalar antioksidantlar, vitamin və faydalı yağlarla zəngin olduğundan bədənin hüceyrələrini yeniləməyə, toxumaların sağlamlığını qorumağa və immun sistemini gücləndirməyə kömək edir.
Bizim.Media