Bu hallarda işdən ÇIXARILA BİLƏRSİNİZ

Azərbaycan qanunvericiliyində işçilərin əmək müqaviləsinə şirkət tərəfindən hansı hallarda xitam verilə biləcəyi ilə bağlı müddəalar öz əksini tapıb.

Bizim.Media "trend.az"a istinadla xəbər verir ki, əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər:

• müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə;

• işçilərin sayı və ya ştatları ixtisar edildikdə;

• peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;

• işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda;

• sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;

• dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:

• özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi

• alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;

• təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;

• təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;

• dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;

• əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;

• əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozması;

• iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi;

• “Fərdi məlumatlar haqqında” Qanuna əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması.

Yuxarıda sadalanan hallarda da əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər.

Məlumat üçün bildirək ki, yuxarıda “səlahiyyətli orqan” dedikdə işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO