Polad Həşimovun övladları ilə SON FOTOSU

Tovuz döyüşlərində şəhid olmuş əfsanəvi general, Milli Qəhrəman Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova şəhidin övladları ilə çəkilmiş son fotosu barədə danışıb.

Bizim.Media “Modern.az”a istinadən xəbər verir ki, həmin foto Polad Həşimovun şəhid olmasından 23 gün öncə çəkilib.

Ofelya Salmanova həmin günü belə xatırlayır:

“Dedi ki, böyük bir göl var, onun kənarında çox gözəl bir yer tanıyıram. Yeməkləri də, havası da əladır. Gedək, bir az hava alaq. Yol boyu çəmənlikləri, yaşıl-boz təpələri göstərir, maraqlı söhbətlər edirdi. Barmağını böyük bir buluda uzadıb “Baxın, nə maraqlı görünür”, - dedi.

Yemək süfrəsi arxasında isə durmadan uşaqların gələcəyindən danışırdı. Çox vaxt “Aybəniz xanım” deyə çağırdığı bircəcik qızımızın bir ildən sonra verəcəyi qəbul imtahanından, həkim olacağından söz açırdı. Övladlarına dünyanın bütün sərvətlərindən daha qiymətli olan ata nəsihətləri verirdi.

Bir ara gölün kənarına çəkilib uzun-uzadı uzaqlara baxdı. Dərin düşüncələrə daldı… Sən demə, o bulud da, uzaqlara dikilən gözlər də Poladın artıq yeni və bizsiz bir yola girdiyinin xəbərçisi imiş. İyirmi üç gün sonra şəhid oldu”.

Qeyd edək ki, general-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücumunun qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə Polad
Həşimova Milli Qəhrəman adı verilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

End of content

No more pages to load

RADİO