Mərmər sexində qanlı insident: Bacısına söyüş söyən müştərini bıçaqladı

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Fazil İbrahimovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttiham materiallarına əsasən, hadisə 2025-ci il iyunun 12-də saat 12 radələrində Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayonu, İpək Yolu qəsəbəsi ərazisində baş verib.
 

Belə ki, Fazil İbrahimov həmin ərazidə yeznəsinə məxsus, icarə əsasında fəaliyyət göstərən mərmər-qranit sexində fəhlə kimi işlədiyi zaman bir neçə gün əvvəl həmin sexdən mərmər almış Şəmkir rayon sakini, zərərçəkmiş Cəfər Cəfərov (soyadı şərtidir) həmin obyektə gələrək aldığı mərmərlərin qüsurlu olduğunu bildirib və ödədiyi pulun geri qaytarılmasını tələb edib. Bu səbəbdən tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.


İttihama görə, mübahisə zamanı təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs qarşılıqlı şəkildə bir-birilərinin ailə üzvlərinin ünvanına təhqiredici ifadələr işlədiblər. Daha sonra Cəfər Fazilə qarşı əl və ayaq zərbələri endirərək ona ağırlıq dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirib.

Bundan sonra zərərçəkmiş şəxs hadisə yerini tərk edib. Lakin həmin gün saat 14 radələrində Cəfər yenidən mərmər-qranit sexinə qayıdaraq mübahisəni davam etdirib və Fazilin bacısının ünvanına təhqiredici ifadələr işlədib. Bu zaman yaranmış gərginlik fonunda təqsirləndirilən şəxs sexin içərisindən mətbəx bıçağını götürərək Cəfərə qəsdən bir dəfə qarın nahiyəsindən zərbə endirib.

Nəticədə zərərçəkmiş şəxsə qarının ön divarının sol yarısında periton boşluğuna keçən, mədənin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli sayılan bir ədəd deşilmiş-kəsilmiş yara yetirilib. Həmin xəsarətlərin dərəcəsinə görə Cəfərin sağlamlığına qəsdən ağır zərər vurulduğu müəyyən edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

End of content

No more pages to load

RADİO