İmişlidə yanğın olub, bir nəfər xəsarət alıb.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 100 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik sahəsi 250 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media