Azərbaycanlılar ən çox hansı ölkələrdən EV ALIRLAR?

Son illər azərbaycanlıların xarici ölkələrin daşınmaz əmlak bazarında fəallığı müşahidə olunur. Xarici ölkələrdə daşınmaz əmlaka investisiya yatırmaq gəlirli biznes sahələrindən sayılır.
 

Azərbaycan vətəndaşlarının əmlak almağa ən çox yönəldiyi ölkə isə əsasən, qardaş ölkədir. Vətəndaşlarımız ötən ay Türkiyədə 113 mənzil alıblar. Bu barədə Türkiyə Statistika Təşkilatının (TÜİK) dekabr ayı üzrə açıqladığı mənzil satışı statistikasında bildirilib. Beləliklə, azərbaycanlılar Türkiyədə ən çox mənzil alanlar siyahısında 5-ci yerə yüksəlib.


Dekabr ayında ölkədə xarici vətəndaşlara 2541 ev satılıb. Bu satışlar illik müqayisədə 5,1% artıb. Xarici vətəndaşlara ev satışının ümumi ev satışlarında payı isə 1% olaraq hesablanıb.

Mövzu ilə əlaqədar əmlak eksperti Elnur Fərzəliyev Bizim.Media-ya verdiyi açıqlamada bildirir ki, Türkiyədə yaşayan Azərbaycan vətəndaşları həmin ölkədən daşınmaz əmlak alarkən Səfirlik və digər dövlət qurumları tərəfindən Azərbaycan Respublikasına məlumat verilir:

“Demək olar, hər ay Türkiyədən kifayət qədər mənzil alan vətəndaşlarımız var ki, onların bir hissəsi Türkiyədə yaşayanlardır. Türkiyədə yaşamayan azərbaycanlılar belə oradan daşınmaz əmlak alırlar ki, buna səbəb Türkiyənin turizm sektorunun inkişaf etməsi və turistik bölgələrə olunan yatırımlar vətəndaşlara daha böyük investisiya şansı verir”.

Ekspertin sözlərinə görə, hazırda Rusiyada ortalama 2 milyondan artıq Azərbaycan vətəndaşı yaşayır və əksəriyyətinin ikili vətəndaşlığı var:

“Rusiya vətəndaşı olan azərbaycanlılar da oradan kifayət qədər daşınmaz əmlak alırlar. Ancaq onların aldıqları daşınmaz əmlaklarla bağlı ölkəmizə rəsmi məlumatlar gəlmir. Çünki Rusiyada yaşayan azərbaycanlıların çoxu elə vətəndaş olduğu üçün onlar da artıq rus vətəndaşı kimi qeydiyyatdan keçirlər.
 

Hazırda, xüsusən, paytaxt Bakıda və digər böyük şəhərlərdə daşınmaz əmlak alanların da böyük bir hissəsi xarici ölkələrdə və daha çox Rusiyada yaşayan azərbaycanlılar idi. Amma son illər Rusiyada baş verən müharibə səbəbilə artıq həmin ölkədə yaşayan həmvətənlərimiz Azərbaycandan daşınmaz əmlak almırlar.


Buna səbəb həmin ölkənin iqtisadi vəziyyətinin aşağı düşməsidir. Beləliklə, həmin ölkədə yatırım etmək daha məqsədəuyğun hesab olunur”.

Bəs Azərbaycan vətəndaşları xarici ölkələrdən niyə ev almağa yönəlir?

Ekspertin sözlərinə görə dünyada baş verən qlobal məsələlərlə bağlı artıq nəinki Türkiyədən, Rusiyadan, həmçinin, Avropadan və dünyanın bir çox ölkələrindən əmlak alan vətəndaşlarımız var:

“Bunun bir digər səbəbi isə Avropa ölkələrində daşınmaz əmlaklara bəlli bir yatırım etdikdə həmin ölkə bu şəxslərə vətəndaşlıq və daimi oturma icazəsi verir. Həmçinin, mülkiyyət hüquqlarının tanınması səbəbilə həmin ölkələrdə onların daşınmaz əmlakları olduğu halda, viza rejimi tətbiq olunmadan istədiyi vaxtda bu ölkəyə rahat şəkildə gediş-gəliş edə bilirlər”.

Ekspert Azərbaycanda əmlak alan xarici vətəndaşlar haqqında da danışıb:

“Azərbaycanda da daşınmaz əmlak alan xarici vətəndaşlar var ki, bunların böyük bir hissəsi Azərbaycanda vətəndaşlıq və yaxud oturum almaq istəyən şəxslərdir. Ölkəmizin miqrasiya qanunvericiliyinə əsasən, bir xarici vətəndaş Azərbaycandan 100 min manatdan artıq olan bir daşınmaz əmlak alıbsa və həmin əmlakın bazar dəyəri 5 il ərzində aşağı enməyibsə, həmin xarici vətəndaş Azərbaycanda daimi yaşaya bilər və daha sonra birdəfəlik vətəndaşlıq almaqla bağlı müraciət edə bilər”.

Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Payızının ən güclü və sürətli smartfonlarının reytinqi açıqlandı - SİYAHI

Payızının ən güclü və sürətli smartfonlarının reytinqi açıqlandı - SİYAHI

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Hörmüzdə nəhəng neft tankeri partlayıb

Hörmüzdə nəhəng neft tankeri partlayıb

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

Pələng gənc oğlanı parçaladı - VİDEO

Pələng gənc oğlanı parçaladı - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Dünya üzrə piylənmə 4 dəfə artıb

Dünya üzrə piylənmə 4 dəfə artıb

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

End of content

No more pages to load

RADİO