Qobustan rayonunun Təklə-Sündü-Xilmilli avtomobil yolunda hərəkət çətinləşib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Bizim.Media-ya verilən məlumata görə, güclü külək nəticəsində yolun hərəkət hissəsi qarla örtülüb, nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Əraziyə texnika və canlı qüvvə cəlb olunub. Yolun qardan təmizlənməsi işləri aparılır.
AAYDA əməkdaşları tərəfindən yolda qalan sürücülərə köməklik göstərilir.
Bizim.Media