Küçə ticarəti ilə bağlı QALMAQAL - Satış üçün müəyyən edilməmiş yerlərlə bağlı siyahı var? – VİDEO

Sosial şəbəkələrdə Sumqayıtda qanunsuz ticarət adı ilə aparılan reyd zamanı meyvə satan sahibkara qarşı Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi olduğu deyilən şəxsin davranışı müzakirələrə səbəb olub. Görüntülərdə şəxs sahibkara qanunsuz hesab edilən küçə ticarəti ilə məşğul olduğunu deyərək ona məxsus meyvənin avtomobillərə yığılmasını tələb edib.
 

Bir sözlə, onun göstərişi ilə satışa çıxarılan meyvələr müsadirə olunub. Vəzifəli şəxs sahibkara kobud davranaraq ona bunun qanunsuz olduğunu göstərən nə bir rəsmi sənəd, nə də cərimə olunması ilə bağlı akt təqdim edir.


Bildiyimiz kimi, İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə görə, icra hakimiyyəti tərəfindən müəyyən edilməmiş yerlərdə malların satışına görə 80 manata qədər cərimə tətbiq olunur.

Bəs şəhər və rayon icra hakimiyyətləri belə yerləri müəyyən edərək öz rəsmi saytlarında dərc edirlərmi? Misal üçün, Sumqayıt Şəhər İcra Hakimiyyətinin satış üçün müəyyən edilməmiş yerlərlə bağlı siyahısı varmı?

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, şəhərdə qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri aparılır:

“Sumqayıt şəhərində qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumların birgə iştirakı ilə qabaqlayıcı tədbirlər həyata keçirilir. Səkiləri zəbt edərək piyadaların hərəkətinə mane olan, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılarla izahat xarakterli söhbətlər aparılır”.

Məlumatda qeyd olunub ki, küçə ticarəti ilə məşğul olan şəxslər üçün yarmarkada yerlər ayrılıb:

“Sumqayıt şəhərinin 18-ci mikrorayon ərazisində kənd təsərrüfatı məhsullarının satışı üçün nəzərdə tutulmuş, əhali üçün münasib qiymətlərlə məhsulların təklif edildiyi yarmarka fəaliyyət göstərir və küçə ticarəti ilə məşğul olan şəxslər üçün həmin yarmarkada müvafiq ticarət yerləri ayrılıb. Qanunsuz küçə ticarəti ilə məşğul olan satıcılarla aparılan izahat xarakterli söhbətlər zamanı onlara məhsullarını yalnız xüsusi ayrılmış bu ərazilərdə satmalarının zəruriliyi diqqətə çatdırılır”.

Görüntüsü yayılan reydlə bağlı məsələyə gəldikdə isə məlumatda məhsulların müsadirə edilmədiyi, yarmarkaya daşındığı vurğulanıb:

“Bildiririk ki, həyata keçirilən növbəti reyd tədbiri zamanı da vətəndaşa məxsus küçə ticarəti yolu ilə satılan məhsullar 18-ci mikrorayon ərazisində yerləşən yarmarkada xüsusi ayrılmış ticarət yerinə aparılıb və həmin məhsulların orada satışının davam etdirilməsi tövsiyə olunub.
 

Qabaqlayıcı tədbirlərin əsas məqsədi piyadaların sərbəst hərəkətinin təmin edilməsi, sanitariya-gigiyena normalarına riayət olunması və şəhər ərazisində qanunvericiliyin tələblərinə uyğun ticarət mühitinin formalaşdırılmasıdır.


Məlumat üçün bildiririk ki, reyd tədbirləri zamanı satıcılara məxsus məhsullar müsadirə edilməyib, yalnız onların satışının müvafiq qaydalara uyğun şəkildə davam etdirilməsi təmin olunub”.

Mövzuya münasibət bildirən iqtisadçı Natiq Cəfərli isə Bizim.Media-ya bildirib ki, paytaxtdan başqa heç bir icra hakimiyyətində bununla bağlı qaydalar mövcud deyil:

“Bakı şəhərində icra hakimiyyətinin küçə ticarəti ilə bağlı qaydaları var. Başqa heç bir icra hakimiyyətində bu qaydalar yoxdur. Bunun necə tənzimlənməsi məni çox maraqlandırır. Necə ola bilər ki, bir küçədə küçə ticarətinə icazə verirlər, digərində vermirlər. Bəzi küçələrdəki mağaza malı mağazanın qabağına çıxara bilər, bəziləri isə yox.Yəni vahid oyun qaydalarının necə olması ilə bağlı rəsmi qurumlar açıqlama verməlidrlər”.


Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

ABŞ-nin məşhur aktyoru vəfat etdi

ABŞ-nin məşhur aktyoru vəfat etdi

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Rui Jorjenin köməkçisi kim olacaq?

Rui Jorjenin köməkçisi kim olacaq?

Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

“Kimsə başqasının övladını incitməsin” - FOTOLAR

“Kimsə başqasının övladını incitməsin” - FOTOLAR

Bölgələrdə hava necədir?

Bölgələrdə hava necədir?

İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibin dəfn mərasimi keçirilir - VİDEO

İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibin dəfn mərasimi keçirilir - VİDEO

Körpə süddən digər qidalara keçəndə immun sistemində hansı dəyişikliklər baş verir?

Körpə süddən digər qidalara keçəndə immun sistemində hansı dəyişikliklər baş verir?

Putin Pezeşkiana mesaj yolladı: "İranın yanındayıq!"

Putin Pezeşkiana mesaj yolladı: "İranın yanındayıq!"

O da ARB TV-dən getdi

O da ARB TV-dən getdi

Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb

Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb

Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi NİYƏ AZALIR?

Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi NİYƏ AZALIR?

Zelenski ilə Orban arasında sərt QARŞIDURMA – Brüssel görüşü nəticəsiz bitdi

Zelenski ilə Orban arasında sərt QARŞIDURMA – Brüssel görüşü nəticəsiz bitdi

Problemli kreditlərin həcmi artıb

Problemli kreditlərin həcmi artıb

Bu günün ULDUZ FALI

Bu günün ULDUZ FALI

Kubadan ABŞ-a sərt cavab: Hakimiyyət dəyişikliyi müzakirə olunmur

Kubadan ABŞ-a sərt cavab: Hakimiyyət dəyişikliyi müzakirə olunmur

Daha bir avtobusda gedişhaqqı artırıldı

Daha bir avtobusda gedişhaqqı artırıldı

Həmədanda zəlzələ olub

Həmədanda zəlzələ olub

End of content

No more pages to load

RADİO