20 YANVAR - Müstəqillik mübarizəmizin qanla yazılan QƏHRƏMANLIQ DASTANI

36 il əvvəl baş vermiş 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik və azadlıq mübarizəsi tarixinə həm qanlı, həm də şanlı bir səhifə kimi yazılıb. O gün Azərbaycan xalqı ayağa qalxaraq “xalqlar kazarması”na - SSRİ-yə qarşı öz haqlı etirazını bildirdi. Azadlıq uğrunda ölümə belə hazır olduqlarını təkcə SSRİ rəhbərliyinə yox, bütün dünyaya göstərdi.

Bu tarix həm də ona görə əlamətdardır ki, 20 yanvar hadisələri SSRİ-nin dağılma prosesini xeyli sürətləndirdi. Cəmi bir il sonra SSRİ tarixə qovuşdu.

Qanlı yanvara aparan yol

1980-ci illərin sonlarında SSRİ-də baş verən siyasi və ictimai proseslər, xüsusilə “yenidənqurma” siyasəti milli azadlıq hərəkatlarının güclənməsinə səbəb oldu. Təbii ki, Azərbaycanda milli azadlıq hərəkatını körükləyən başqa bir səbəb də var idi. Bu da ermənilərin, “Böyük Ermənistan” xəyalları idi. Bu sərsəm ideyanın hədəfinin Azərbaycan əraziləri olması xalqımızı səfərbər etdi.

Xalqımız həm erməni təxribatlarına, həm də Moskvadakı Mərkəzi hakimiyyətin yarıtmaz və birtərəfli siyasətinə qarşı etiraz əlaməti olaraq 1988-ci ilin noyabrında Bakının Azadlıq meydanına toplandı. Noyabrın 17-də başlanan və 10 günə yaxın davam edən etiraz mitinqlərində hər gün 1-1,5 milyon insan iştirak edirdi. Halbuki o zaman Azərbaycanın əhalisi 7 milyona yaxın idi. Bu da o demək idi ki, ilk günündən hər bir ailə azadlıq mübarizəsinə ürəklə qoşulmuşdu.
 

Təbii ki, Azərbaycan xalqının həmrəyliyi və mübarizliyi Sovet rəhbərliyini ciddi narahat edir, qorxudurdu. Ona görə noyabrın 26-da Azadlıq meydanı Sovet qoşunları tərəfindən mühasirəyə  alındı. Hərbi əməliyyatlara ağır texnika və tanklar da cəlb edilmişdi.


Silah gücünə dağıdılan mitinqlər sonrakı günlərdə səngisə də, xalqımızın qəzəbini və azadlıq arzusunu daha da coşdurdu. 1988-ci ilin dekabrında Bakıda və bölgələrdə davamlı olaraq etiraz mitinqlər keçirilirdi. Çünki SSRİ hökuməti bir tərəfdən Azərbaycanda azadlıq hərəkatını güc yolu ilə susdurmağa çalışır, digər tərəfdənsə Ermənistanı ölkəmizə qarşı təxribatlara təşviq edirdi.

Xalqımızın qətiyyəti SSRİ rəhbərliyi necə təşvişə saldı?

Qorbaçov hakimiyyətinin bu cür yanaşması səbəbsiz deyildi. Moskva Azərbaycanda baş verənləri milli-azadlıq hərəkatı kontekstindən çıxararaq dünyaya iki xalq arasında milli münaqişə kimi təqdim etmək istəyirdi.

Təbii ki, ermənilər də bunu fürsətə çevirməyə çalışır, Xankəndidə separatizmi alovlandırırdılar.

SSRİ-nin ikiüzlü siyasətindən və erməni təxribatlarından cana doyan Azərbaycan xalqı haqq səslərini dünyaya çatdırmaq üçün 1989-cu ilin dekabr ayının son günlərində İranla sərhədə axın etdi. Naxçıvandan Astaraya qədər bütün sərhədboyu ərazilərdə insanlar tikanlı məftilləri qıraraq Moskvaya etirazlarını, dünyaya Azərbaycan həqiqətlərini göstərmək istədilər.
 

Yalnız bu hadisələrdən sonra dünyanın aparıcı ölkələri hadisələrə münasibətlərini bildirdi, bir sıra aparıcı xəbər agentlikləri sərhəddə baş verənləri manşetlərə daşıdılar.


Təbii ki, xalqımızın qətiyyəti SSRİ rəhbərliyini təşvişə salmışdı. 1990-cı ilin yanvar ayının ortalarında Yevgeni Primakov başda olmaqla SSRİ hökumətinin yüksək çinli məmurları Bakıya gəldilər. Onların bu gəlişi xalqın səsinə qulaq asmaq və problemləri çözmək məqsədi daşımırdı. Moskva Azərbaycan xalqını ən ağır şəkildə cəzalandırmaq fikrində idi. Bunun üçün yerindəcə son məsləhətləşmələr aparıb, qəti qərar vermək istəyirdilər.

Faciənin dəhşətli miqyası

Yanvarın 19-dan 20-nə keçən gecə təpədən-dırnağadək silahlanmış qoşun dəstələri Bakıya yeridildi. Hücumun amansız və genişmiqyaslı olduğunu sübut etmək üçün tək bir faktı deyək ki, hərbi əməliyyatda 10-dan artıq qoşun növu iştirak etmişdi.

Moskva Azərbaycan xalqının haqq səsini boğmazdan əvvəl heç bir xəbərdarlıq da etmədi. Əksinə, hücumun ilkin hədəflərindən biri Azərbaycan Televiziyasının yayım obyektləri oldu. Bununla da Sovet hakimiyyəti Azərbaycan xalqını informasiya blokadasında aldı. Artıq Bakıda nələrin baş verdiyini heç kim xəbər verə bilməzdi.

Axşam saatlarında müxtəlif istiqamətlərdən Bakıya soxulan vəhşiləşmiş əsgərlər ağır texnikalarla qabaqlarına çıxan insanları əzib keçirdi. İşdən evə dönən şəhər sakinləri, həyətdə gəzişən uşaq və qadınlar qəddarlıqla qətlə yetirildi. Həmin qanlı gecədə 131 nəfər şəhid oldu, 400 nəfər həbs edildi, 744 nəfər yaralandı, 4 nəfər itkin düşdü. Ölənlər arasında qadınlar, uşaqlar, qocalar, həkimlər və polislər də var idi. Bundan əlavə, hücum nəticəsində 200 ev və mənzil, 80 minik avtomobili, o cümlədən təcili tibbi yardım maşınları, dövlət və şəxsi əmlak dağıdıldı.
 

Çox qəribədir ki, qətliam başa çatandan sonra Moskva səhər saatlarında Bakıda fövqəladə vəziyyət elan olunduğunu bildirdi.


Bu isə nə insanlığa, nə də beynəlxalq hüquqa uyğun idi. Ona görə də 20 Yanvar hadisələri yalnız hərbi cinayət deyil, eyni zamanda insan hüquqlarının kobud şəkildə pozulmasıdır.

Mübarizədən qalib çıxan xalq və Lider                                                 

SSRİ rəhbərliyi bu qırğınla Azərbaycan xalqının qətiyyətini sındıracağını düşünürdü. Lakin proseslər əksinə inkişaf etdi. Xalqımız qanlı yanvar gecəsindən daha mübariz və qətiyyətli çıxdı. Öz şəhidlərini dəfn etmək və SSRİ hökumətinə növbəti dəfə etirazlarını bildirmək üçün küçələrə axışdılar. Şəhidlərin dəfnində iki milyona yaxın insan iştirak edirdi. Azadlıq meydanından indiki Şəhidlər Xiyabanınadək uzanan insan seli öz şəhidlərini çox böyük ehtiramla son mənzilə yola saldı.

Azərbaycan informasiya blokadasına alındığı üçün dünya Bakıda baş verən dəhşətlərdən xəbərsiz idi. Məhz belə bir ağır zamanda xalqımızın səsinə Ümummilli lider Heydər Əliyev səs verdi.

O, Moskvada siyasi izolyasiya şəraitində yaşasa da, heç bir təxribatdan qorxmayaraq ailə üzvləri, o cümlədən hazırkı prezident İlham Əliyevlə birgə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək dünyanın aparıcı xəbər agentliklərinin nümayəndələri qarşısında bəyanatlar verdi. Ulu Öndər 20 yanvar faciəsinin səbəblərini və ağır nəticələrini bütün bəşəriyyətə çatdırdı, dəhşətli hadisəyə ilk siyasi-hüquqi qiymət verdi. Yalnız bundan sonra rəsmi Moskva qətlləri dayandırmaq məcburiyyətində qaldı.

SSRİ üçün sonun başlanğıcı

Təbii ki, faciənin miqyası nə qədər böyük olsa da, bu hadisə SSRİ-nin sütunlarında çatlar yaratdı. Artıq Sovet hakimiyyəti əvvəlki kimi qüdrətli görünmürdü. Bunu başa düşən digər xalqlar da azadlıq mübarizəsinə qalxdı. Cəmi bir il sonra SSRİ süqut etdi. 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini elan etdi.
 

Müstəqil Azərbaycan dövləti qurulduqdan sonra isə 20 Yanvar hadisələrinə rəsmi siyasi qiymət verildi və şəhidlərin xatirəsi dövlət səviyyəsində anılmağa başlandı.


1994-cü il martın 29-da Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi. Eyni zamanda, 20 yanvarda şəhid olanların, itkin düşənlərin ailələri və yaralananlar dövlət himayəsinə alındı.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də qanlı yanvar faciəsindən zərər çəkmiş insanlara, şəhidlərin ailələrinə daim xüsusi diqqət yetirilir. Dövlət başçısı 20 yanvar faciəsinin qurbanlarının xatirəsini əbədiləşdirmək və onların ailə üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün ötən dövrdə çoxsaylı fərman və sərəncamlar imzalayıb.

Unudulmayan qan yaddaşımız

Qanlı yanvar gecəsindən 36 il keçməsinə baxmayaraq bu gün də Şəhidlər Xiyabanı xalqımızın müqəddəs ziyarətgahlarından biridir. Hər il minlərlə insan şəhidlərin məzarlarını ziyarət edərək onların xatirəsini ehtiramla yad edir.
 

Bu gün həm də milli birlik, vətənpərvərlik və müstəqillik dərsi kimi yaddaşlarda yaşayır. 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq yolunda verdiyi ağır, lakin şərəfli tarixin simvoludur. Bu hadisə sübut etdi ki, heç bir güc xalqın azadlıq istəyini boğa bilməz.


Şəhidlərin qanı ilə yazılan bu tarix müstəqil Azərbaycanın təməl daşlarından biri oldu. Əminliklə deyə bilərik ki, 20 Yanvar daim gələcək nəsillərə azadlığın dəyərini xatırlatmağa davam edəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ səfirliyi 20 Yanvar faciəsi ilə bağlı başsağlığı verdi - FOTO

ABŞ səfirliyi 20 Yanvar faciəsi ilə bağlı başsağlığı verdi - FOTO

Diplomu saxta çıxmış tanınmış psixoloq həbs EDİLİB?

Diplomu saxta çıxmış tanınmış psixoloq həbs EDİLİB?

20 Yanvar hadisələri ilə əlaqədar verilən mənzillərin SAYI

20 Yanvar hadisələri ilə əlaqədar verilən mənzillərin SAYI

Rəsmilər Şəhidlər xiyabanında – FOTO

Rəsmilər Şəhidlər xiyabanında – FOTO

“Mənə Nobel mükafatı vermədiniz, əvəzində Qrenlandiyanı alıram” – Trampın bitməyən KİNİ

“Mənə Nobel mükafatı vermədiniz, əvəzində Qrenlandiyanı alıram” – Trampın bitməyən KİNİ

Sovet ordusu Azərbaycan xalqının iradəsini sındıra bilmədi - Litva Prezidenti

Sovet ordusu Azərbaycan xalqının iradəsini sındıra bilmədi - Litva Prezidenti

Polşada nikah sənədlərində “ər” və “arvad” anlayışları LƏĞV EDİLİR – Bu ifadələrlə əvəz olunacaq

Polşada nikah sənədlərində “ər” və “arvad” anlayışları LƏĞV EDİLİR – Bu ifadələrlə əvəz olunacaq

Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ

Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ

İranda qalan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA

İranda qalan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA

“İnter” “Arsenal”a qarşı - ÇL

“İnter” “Arsenal”a qarşı - ÇL

Böyrək daşları niyə qışda daha çox əmələ gəlir?

Böyrək daşları niyə qışda daha çox əmələ gəlir?

Səfər Əbiyevə ağır itki üz verib

Səfər Əbiyevə ağır itki üz verib

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

DYP-dən yollardakı vəziyyətlə bağlı XƏBƏRDARLIQ

DYP-dən yollardakı vəziyyətlə bağlı XƏBƏRDARLIQ

Qazaxda güclü qar fəsadlar yaratdı: Evin talvarı çökdü, avtomobillər əzildi - FOTO/VİDEO

Qazaxda güclü qar fəsadlar yaratdı: Evin talvarı çökdü, avtomobillər əzildi - FOTO/VİDEO

Şimal bölgəsində ən çox qar bu əraziyə yağıb – FOTO

Şimal bölgəsində ən çox qar bu əraziyə yağıb – FOTO

Lənkəranda işıqlar niyə söndürülür?

Lənkəranda işıqlar niyə söndürülür?

ABŞ-ın dövlət borcu 38,5 trilyon dolları KEÇDİ

ABŞ-ın dövlət borcu 38,5 trilyon dolları KEÇDİ

Ceyhun Bayramov 20 Yanvar şəhidlərini yad etdi – FOTO

Ceyhun Bayramov 20 Yanvar şəhidlərini yad etdi – FOTO

20 YANVAR - Müstəqillik mübarizəmizin qanla yazılan QƏHRƏMANLIQ DASTANI

20 YANVAR - Müstəqillik mübarizəmizin qanla yazılan QƏHRƏMANLIQ DASTANI

İlham Əliyev Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşıb

İlham Əliyev Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşıb

Şeyx Zayed Mükafatı: Qələbəni davamlı sülhə çevirən liderliyə verilən YÜKSƏK DƏYƏR

Şeyx Zayed Mükafatı: Qələbəni davamlı sülhə çevirən liderliyə verilən YÜKSƏK DƏYƏR

BİZİM TƏQVİM:20 yanvarda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:20 yanvarda baş vermiş tarixi hadisələr

End of content

No more pages to load

RADİO