"20 Yanvar" keçidindəki ticarət obyektləri niyə açılmır? — COP29-dan sonra qalan "müəmmalı" qadağa

Bakı metrosunun "20 Yanvar" stansiyasının yeraltı keçidində on illərdir fəaliyyət göstərən sahibkarlar 17 aydır ki, səbəbsiz yerə işsiz qaldıqlarını iddia edirlər.

Bizim.Media “Demokrat.az”a istinadla xəbər verir ki, 1998-ci ildən fəaliyyət göstərən “Klassik Aİ LTD” MMM-in ticarət sahələri COP29 tədbirləri bəhanə gətirilərək bağlansa da, tədbirdən aylar keçməsinə baxmayaraq hələ də açılmasına icazə verilmir. 
 

Şirkət rəhbərliyi və işçiləri bildirir ki, Bakı şəhəri İcra Hakimiyyət əməkdaşları tərəfindən heç bir rəsmi bildiriş verilmədən dayandırılan fəaliyyət artıq ciddi iqtisadi və mənəvi böhrana səbəb olub.


Sahibkarın sözlərinə görə fəaliyyətin bərpası üçün Prezident Administrasiyası daxil olmaqla bütün aidiyyəti dövlət qurumlarına müraciət edilib. 

Maraqlısı budur ki, bir çox səlahiyyətli qurumlar ticarət fəaliyyətinin bərpasında heç bir problemin olmadığına dair müsbət rəy versələr də, faktiki olaraq işə başlamaq istəyən sahibkarlar hər dəfə müqavimət ilə üzləşirlər. 

Şirkət rəhbərliyi hesab edir ki, bu problem süni şəkildə yaradılıb və bəzi məmurların qərəzli yanaşmasından qaynaqlanır.

Məsələnin əhəmiyyəti ondadır ki, bu cür hallar ölkədə sahibkarlıq mühitinin inkişafına mane olur və Prezidentin ictimai nəzarət çağırışlarına dəstək verən vətəndaşların fəaliyyətinə kölgə salır. 17 aydır bağlı qalan müəssisə vergi, sosial sığorta və dövlət əmlak xidməti qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyi üçün əlavə sanksiyalarla üz-üzə qalıb.

Bir ildən artıq davam edən bu "qeyri-rəsmi" qadağa onlarla ailənin çörək pulundan məhrum olması deməkdir.
 

Müəssisənin bağlı qalması təkcə sahibkarın itkisi deyil, həm də dövlət büdcəsinə ödənilməli olan vergilərin kəsilməsi və onlarla vətəndaşın işsizliklə mübarizə aparmasıdır.


Qeyd edək ki, "Klassik Aİ LTD" MMM-in işçi heyəti yaxın günlərdə fəaliyyətlərini bərpa etmək üçün aidiyyəti nazirliklərə və Bakı şəhər rəhbərliyinə sonuncu dəfə kollektiv müraciət ünvanlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

ABŞ-nin məşhur aktyoru vəfat etdi

ABŞ-nin məşhur aktyoru vəfat etdi

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Rui Jorjenin köməkçisi kim olacaq?

Rui Jorjenin köməkçisi kim olacaq?

Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

“Kimsə başqasının övladını incitməsin” - FOTOLAR

“Kimsə başqasının övladını incitməsin” - FOTOLAR

Bölgələrdə hava necədir?

Bölgələrdə hava necədir?

İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibin dəfn mərasimi keçirilir - VİDEO

İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibin dəfn mərasimi keçirilir - VİDEO

Körpə süddən digər qidalara keçəndə immun sistemində hansı dəyişikliklər baş verir?

Körpə süddən digər qidalara keçəndə immun sistemində hansı dəyişikliklər baş verir?

Putin Pezeşkiana mesaj yolladı: "İranın yanındayıq!"

Putin Pezeşkiana mesaj yolladı: "İranın yanındayıq!"

O da ARB TV-dən getdi

O da ARB TV-dən getdi

Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb

Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb

Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi NİYƏ AZALIR?

Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi NİYƏ AZALIR?

Zelenski ilə Orban arasında sərt QARŞIDURMA – Brüssel görüşü nəticəsiz bitdi

Zelenski ilə Orban arasında sərt QARŞIDURMA – Brüssel görüşü nəticəsiz bitdi

Problemli kreditlərin həcmi artıb

Problemli kreditlərin həcmi artıb

Bu günün ULDUZ FALI

Bu günün ULDUZ FALI

Kubadan ABŞ-a sərt cavab: Hakimiyyət dəyişikliyi müzakirə olunmur

Kubadan ABŞ-a sərt cavab: Hakimiyyət dəyişikliyi müzakirə olunmur

Daha bir avtobusda gedişhaqqı artırıldı

Daha bir avtobusda gedişhaqqı artırıldı

Həmədanda zəlzələ olub

Həmədanda zəlzələ olub

End of content

No more pages to load

RADİO