Leyla Əliyeva Efiopiyanın paytaxtı Əddis-Əbəbədə - FOTO

Leyla Əliyeva Efiopiyanın paytaxtı Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub.

Bizim.Media xəbər verir ki, Leyla Əliyeva əvvəlcə Berhan Gözdən Əlillər üçün İnternat Məktəbini ziyarət edib.
 

Efiopiyanın birinci xanımı Zinaş Tayaçevin təşəbbüsü və himayəsi ilə inşa olunan məktəb ölkənin bütün bölgələrindən seçilmiş 9-cu sinifdən 12-ci sinfə qədər gözdən əlilliyi olan və görmə məhdudiyyətli 300-dən çox şagirdə xidmət göstərir. 


Məktəb milli tədris proqramını şagirdlərinin ehtiyaclarına uyğunlaşdıraraq Brayl əlifbasından, audioresurslar və kompüter ekran oxuyucusu texnologiyasından istifadə edir. Əsas akademik fənlərlə yanaşı, şagirdlər Brayl əlifbasını, orientasiya və hərəkətlilik, həyat bacarıqları və musiqi, əl işləri, kompüter istifadəsi üzrə təlimlər keçirlər. 

Akademik öyrənməni praktiki bacarıqlarla birləşdirərək, Berhan Gözdən Əlillər üçün İnternat Məktəbi şagirdləri ali təhsildə uğur qazanmağa və cəmiyyətdə müstəqil, məhsuldar həyata hazırlaşmağa imkan verir.

X X X

Sonra Leyla Əliyeva “Lenegewa” Qadınların Reabilitasiya və Bacarıqların İnkişafı Mərkəzində olub.


Bildirilib ki, Əddis-Əbəbə şəhərinin meri xanım Adaneç Abiebenin təşəbbüsü ilə tikilən mərkəzin fəaliyyəti səfil həyatı ilə üzləşən və insan alverinin qurbanı olan minə yaxın qadının həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Kompleks yanaşma prinsipi ilə fəaliyyət göstərən mərkəz 13 binadan ibarətdir. Buraya müasir sinif otaqları, yataqxanalar, peşə təlimi mərkəzləri, emalatxanalar, həmçinin psixoloji və tibbi yardım şöbələri daxildir.

Bildirilib ki, müəssisəyə qəbul edilən həssas təbəqədən olan qadınlar gələcəkdə işə düzəlmək üçün zəruri bacarıqlarla təmin edən 3–6 aylıq intensiv təlim proqramlarına cəlb olunurlar.

Onların potensialını maksimum səviyyədə istifadə etmək üçün kompüter savadlılığı, tekstil və tikiş, elektronika, gözəllik xidmətləri, tədbirlərin təşkili üçün qida xidmətləri və digər istiqamətlər üzrə kurslar təklif olunur.

X X X

Leyla Əliyeva həmçinin Efiopiyanın Milli Sarayı ilə tanış olub.


Saray bu ölkənin monarxlarının mirasını və xalqın sarsılmaz ruhunu təcəssüm etdirir. Sarayın tarixi, əsrlər boyu ölkəni formalaşdıran hakimiyyət, ənənə və müasirlik hekayələri ilə sıx bağlıdır.
 

1955-ci ildə imperator Hayle Selassienin gümüş yubileyini qeyd etmək üçün inşa edilən saray, ona həyat yoldaşı Menen Asfav tərəfindən hədiyyə edilib. İtalyan memar Raffaele Petrone tərəfindən layihələndirilən bina, yerli memarlıq motivlərini beynəlxalq üslublarla birləşdirərək ölkənin mədəni müxtəlifliyini və qlobal əlaqələrini əks etdirir.


Muzeydə imperatorun zəngin avtomobil kolleksiyası, həmçinin fəvvarələr, heykəllər və sıx yaşıllıqlarla bəzədilmiş saray kompleksi nümayiş etdirilir.


















































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

ABŞ-nin məşhur aktyoru vəfat etdi

ABŞ-nin məşhur aktyoru vəfat etdi

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Rui Jorjenin köməkçisi kim olacaq?

Rui Jorjenin köməkçisi kim olacaq?

Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

“Kimsə başqasının övladını incitməsin” - FOTOLAR

“Kimsə başqasının övladını incitməsin” - FOTOLAR

Bölgələrdə hava necədir?

Bölgələrdə hava necədir?

İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibin dəfn mərasimi keçirilir - VİDEO

İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibin dəfn mərasimi keçirilir - VİDEO

Körpə süddən digər qidalara keçəndə immun sistemində hansı dəyişikliklər baş verir?

Körpə süddən digər qidalara keçəndə immun sistemində hansı dəyişikliklər baş verir?

Putin Pezeşkiana mesaj yolladı: "İranın yanındayıq!"

Putin Pezeşkiana mesaj yolladı: "İranın yanındayıq!"

O da ARB TV-dən getdi

O da ARB TV-dən getdi

Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb

Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb

Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi NİYƏ AZALIR?

Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi NİYƏ AZALIR?

Zelenski ilə Orban arasında sərt QARŞIDURMA – Brüssel görüşü nəticəsiz bitdi

Zelenski ilə Orban arasında sərt QARŞIDURMA – Brüssel görüşü nəticəsiz bitdi

Problemli kreditlərin həcmi artıb

Problemli kreditlərin həcmi artıb

Bu günün ULDUZ FALI

Bu günün ULDUZ FALI

Kubadan ABŞ-a sərt cavab: Hakimiyyət dəyişikliyi müzakirə olunmur

Kubadan ABŞ-a sərt cavab: Hakimiyyət dəyişikliyi müzakirə olunmur

Daha bir avtobusda gedişhaqqı artırıldı

Daha bir avtobusda gedişhaqqı artırıldı

Həmədanda zəlzələ olub

Həmədanda zəlzələ olub

End of content

No more pages to load

RADİO