Şimal bölgəsinə bu gecə də qar yağıb.
Bizim.Media Qusar şəhərinin yaxınlığındakı meşə massivindən görüntüləri lentə alıb.
Qar təbiətin gözəlliyini daha da artırıb. Əraziyə 5 sm-dən çox qar düşüb.
Qubada yerləşən Şimal-Şərq Hidrometereologiya mərkəzindən Bizim.Media-ya bölgəyə ən çox qarın 18 sm olmaqla Xızının Altıağac qəsəbəsinə düşdüyü bildirilib.
Ən çox şaxta isə bölgənin ən soyuq kəndi Qubanın Qrız kəndində qeydə alınıb: -10 dərəcə şaxta.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu