Ədliyyə orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ!

Ədliyyə Nazirliyi tərəfindən ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir.

Bu barədə Bizim.Media-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, müsabiqədə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.


Dövlət icra məmuru vəzifəsi istisna olmaqla, Ədliyyə Nazirliyinin digər struktur qurumlarında olan vakant vəzifələri əhatə edən bu müsabiqədə iştirak üçün ərizələrin qəbulu 2026-cı il yanvar ayının 19-dan mart ayının 19-u saat 23:59-dək aparılacaq.

Namizədlər qeyd olunan tarixədək ərizələrini Nazirliyin rəsmi saytında “Qulluğa qəbul” bölməsinə və ya “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elektron müraciət” adlı xidmətə, yaxud linkə daxil olmaqla təqdim edə bilərlər.

Müsabiqə üzrə test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçirilir.

Bununla əlaqədar hər bir namizəd imtahana buraxılış vərəqəsini bu barədə elan verildikdən sonra Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir.
 

Test imtahanının dəqiq vaxtı və yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması barədə namizədlərə öncədən məlumat veriləcək.


İmtahanda uğur qazanmış namizədlərin digər zəruri sənədləri bu mərhələdən sonra toplanılaraq yoxlanılacaq və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.

Qeyd edək ki, qanunvericiliyə edilmiş dəyişikliyə uyğun olaraq, icra məmuru vəzifələrinə qəbulla bağlı ayrıca müsabiqə elan ediləcək və bu barədə mediada məlumat veriləcək.

Əlavə məlumatlar üçün (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlarla əlaqə saxlamaq olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ” – “Ayntraxt” oyununun hakimləri AÇIQLANDI

“Qarabağ” – “Ayntraxt” oyununun hakimləri AÇIQLANDI

Putinə Trampdan məktub gəlib – MÖVZU NƏDİR?

Putinə Trampdan məktub gəlib – MÖVZU NƏDİR?

Serbiya Prezidenti Azərbaycana GƏLƏCƏK

Serbiya Prezidenti Azərbaycana GƏLƏCƏK

Pekin dənizdə “Böyük Çin Divarı” qurur

Pekin dənizdə “Böyük Çin Divarı” qurur

"By Məhsəti" salonundan ŞİKAYƏT – Müştərinin pulu niyə geri qaytarılmır?

"By Məhsəti" salonundan ŞİKAYƏT – Müştərinin pulu niyə geri qaytarılmır?

İcra başçısının müavini ərinin bu videosuna görə ərizə yazdı – VİDEO

İcra başçısının müavini ərinin bu videosuna görə ərizə yazdı – VİDEO

Saleh Bağırov bəzi həmkarlarını TƏNQİD ETDİ: “Camaatın evinə soxulub dolabını açmaq lazım deyil!” - VİDEO

Saleh Bağırov bəzi həmkarlarını TƏNQİD ETDİ: “Camaatın evinə soxulub dolabını açmaq lazım deyil!” - VİDEO

Bakı Marafonu ilk dəfə 42 kilometr məsafədə keçiriləcək: Qeydiyyat başladı

Bakı Marafonu ilk dəfə 42 kilometr məsafədə keçiriləcək: Qeydiyyat başladı

Pokrovski istiqamətində vəziyyət necədir? – Baş komandandan AÇIQLAMA

Pokrovski istiqamətində vəziyyət necədir? – Baş komandandan AÇIQLAMA

Ələtdə ağır QƏZA – VİDEO

Ələtdə ağır QƏZA – VİDEO

"Türkiyədə həkim mənə şərt qoydu ki..."

"Türkiyədə həkim mənə şərt qoydu ki..."

Cəlilabadda körpü yağışlardan sonra qəzalı vəziyyətə düşdü

Cəlilabadda körpü yağışlardan sonra qəzalı vəziyyətə düşdü

Şimal bölgəsinə yenə qar yağdı – FOTO/VİDEO

Şimal bölgəsinə yenə qar yağdı – FOTO/VİDEO

Sabah Bakıya qar yağacaq – PROQNOZ

Sabah Bakıya qar yağacaq – PROQNOZ

Qlobal gərginlik enerji bazarlarını “VURDU” – Neft qiymətlərində KƏSKİN DƏYİŞİKLİK

Qlobal gərginlik enerji bazarlarını “VURDU” – Neft qiymətlərində KƏSKİN DƏYİŞİKLİK

Rayon rəhbəri TUTULDU – Dağıstanda

Rayon rəhbəri TUTULDU – Dağıstanda

Ötən il qatar vuran şəxslərin sayı AÇIQLANDI – VİDEO

Ötən il qatar vuran şəxslərin sayı AÇIQLANDI – VİDEO

Kipr klubunun üzvü “Neftçi”nin transfer HƏDƏFİNDƏ

Kipr klubunun üzvü “Neftçi”nin transfer HƏDƏFİNDƏ

Metroda ölən 41 yaşlı Cavidin FOTOSU

Metroda ölən 41 yaşlı Cavidin FOTOSU

Çexiya səfiri: “Azərbaycanla münasibətlərdə perspektivli planlarımız var”

Çexiya səfiri: “Azərbaycanla münasibətlərdə perspektivli planlarımız var”

Bu il daha 165 uşaq övladlığa veriləcək

Bu il daha 165 uşaq övladlığa veriləcək

Birol Akgün: “20 Yanvar şəhidlərinin ən böyük arzusu bu gün gerçəkləşib”

Birol Akgün: “20 Yanvar şəhidlərinin ən böyük arzusu bu gün gerçəkləşib”

Ümid Partiyasında əməliyyat - HƏBS EDİLƏN VAR

Ümid Partiyasında əməliyyat - HƏBS EDİLƏN VAR

Bu şəxslərə də mənzil VERİLƏCƏK

Bu şəxslərə də mənzil VERİLƏCƏK

End of content

No more pages to load

RADİO