Qara baş örtükləri yerinə milli KƏLAĞAYIMIZ – Geyim mədəniyyəti və milli özünüdərkin HARMONİYASI

Hər bir bir xalqın qədimliyini, mədəniyyətini nümayiş etdirən simvollar var. Bu simvollar müxtəlif sahələrdə - geyimdə, yeməklərdə, musiqidə və digər maddi nümunələrdə özünü göstərir.

Milli simvollar bəzən ortaq dəyərlərın daşıyıcısı olur, bir sıra ölkələri, mədəniyyətləri özündə birləşdirir. Amma elə dəyərlərimiz var ki, o ancaq bizə -azərbaycanlılara məxsusdur.

Onlardan biri də kəlağayıdır...

Təsadüfi deyil ki, Azərbaycan xalqının maddi və qeyri-maddi mədəni irsində kəlağayı xüsusi yer tutur. Təkcə geyim elementi kimi deyil, həm də sosial münasibətlərin, estetik zövqün, etik dəyərlərin və dünyagörüşünün simvolu olan kəlağayı əsrlər boyu milli kimliyimizin tərkib hissəsi olub.
 

İpək parça üzərində naxışlama ənənəsi Azərbaycanda hələ erkən orta əsrlərdən mövcud olub. Kəlağayı istehsalı xüsusilə Şamaxı, Basqal, Şəki və Gəncə kimi ipəkçilik mərkəzlərində inkişaf edib. Öz keyfiyyəti, təbii boyaları və dəqiq ornament kompozisiyası ilə fərqlənən bu milli geyim nümunəmiz Orta Asiyaya və Yaxın Şərqə qədər yayılıb, rəğbət görüb.


Elmi baxımdan kəlağayı ipək toxuculuğu, təbii boyaqçılıq və taxta qəlib texnologiyasının sintezidir. Ənənəvi kəlağayı 100 faiz təbii ipəkdən hazırlanır və nar qabığı, zəfəran, indiqo, palıd qabığı kimi bitki mənşəli boyalarla rənglənir. Naxışlar “qəlibbasma” üsulu ilə parça üzərinə köçürülür. Bu üsul həm simmetrik dəqiqliyi, həm də ornamentlərin nəsildən-nəslə ötürülməsini təmin edən unikal texniki mexanizmdir.

Kəlağayının həyat fəlsəfəsi

Kəlağayı üzərindəki ornamentlər təsadüfi dekorativ elementlər deyil, dərin semantik məna daşıyır. Kəlağayılarda ən çox rast gəlinən buta motivi həyat, məhsuldarlıq və davamlılıq rəmzi kimi çıxış edir. Kənar haşiyələr ailə və ictimai qorunmanı, mərkəzi sahə isə qadının daxili aləmini və mənəvi bütövlüyü kimi simvolizə olunur. Eyni zamanda rəng seçimi də sosial mesaj daşıyır. Ağ və açıq tonlar saf niyyəti, tünd rənglər isə yetkinliyi və ailə statusunu ifadə edir.

Kəlağayı həm də yüzillər boyu Azərbaycan qadınının sosial statusunun göstəricisi olub. Toy, nişan, yas və barışıq mərasimlərində kəlağayı vasitəçilik simvolu hesab edilib. Əgər qadın döyüşən kişilərin qarşısında baş örpəyini açıb atardısa, o zaman onlar döyüşü dayandırardılar. Digər bir xalq adətinə görə isə kəlağayısını sevdiyi oğlana bağışlayan qız əbədi ona sadiq qalacağına and içmiş hesab olunurdu.

Milli dəyərlərə sahiblik

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapıb.
 

Belə ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Ona görə də 26 noyabr Kəlağayı Günü kimi qeyd edilir.


Kəlağayıdan uzaq düşəndə...

Təəssüflər olsun ki, son illərdə kəlağayı məişətimizdən və gündəlik həyatımızdan demək olar ki, tamamilə uzaq düşüb. Bu gün kəlağayını ancaq bayram tədbirlərində, muzeylərdə, yaxud da xarici qonaqlara verilən dəyərli hədiyyə kimi görə bilirik.

Halbuki bir çox qadınlarımız, qızlarımız bu gün də baş örtüyündən istifadə edir. Amma bu örtüklərin heç biri milli kimliyimizlə bağlı deyil. Ən pisi də odur ki, hazırkı baş örtüklərinin çoxu həyatımıza məqsədli şəkildə gətirilib. Həmin baş örtükləri bəzən gizli və radikal mənaları özündə ehtiva edir.

Gündəlik həyatımızda çadralı, niqablı qadınlara tez-tez rast gəlirik. Həmin qadınlar bu cür geyimləriylə özlərini qatı islamçı olduqlarını göstərmək istəyirlər. Halbuki İslam Azərbaycana indi yox, 1400 il əvvəl gəlib. Lakin ötən əsrlərdə ancaq bəzi bölgələrdə yaşlı qadınlarımız çadra geyiniblər. Gənc qızlar və orta yaşlı qadınlarsa əsasən kəlağayıdan baş örtüyü kimi istifadə ediblər.

Mömin olmaq üçün hökmən qaraya bürünmək lazımdır?

Üstəlik, bu cür qapalı geyimlər daha çox qara rəngdə olur. Bu səbəbdən də qara rəngi İslamın simvolu kimi də təqdim etməyə çalışırlar. Guya ki, müsəlman al-əlvan geyinə bilməz. Bu harada yazılıb?! Bu hansı məntiqə sığır?!
 

Möminlik geyimdə yox, əməldə olmalıdır. Üstəlik, indiki “islami geyimlər” qadın və qızlarımıza pessimizmi, ətrafdakılara isə mənfi enerjini ötürür. Çünki insanın gündəlik geyimi onun psixologiyasına və həyat tərzinə çox təsir edir. Digər tərəfdən, bu cür geyimlər təhlükəsizlik baxımından da müəyyən narahatlıqlar doğurur. 


Kəlağayı sağlamlıq üçün də daha faydalıdır

Əsrlər boyu azərbaycanlı qızlar, gəlinlər rəngarəng kəlağayıdan istifadə edərək, həm başlarını istidən və soyuqdan qoruyublar, həm də islami qaydalara riayət ediblər.

Ondan istifadə edənlərin saçları normal havalana bilir, sağlam və gur olur. Ancaq mənşəyi bəlli olmayan çarşablar, hicablar, niqablar və digər baş geyimləri müxtəlif xəstəliklərə səbəb ola bilər. Çünki onların çoxu süni materiallardan hazırlanır. Eyni zamanda isti havalarda qara geyim günəş şüalarını daha çox absorbasiya edir. Bu da sağlamlıq üçün ciddi təhlükədir.

Kəlağayıya - milli kimliyə qayıdış

Kəlağayı sadəcə keçmişdən qalan etnoqrafik detal deyil, Azərbaycan qadınının dünyagörüşünü, estetik zövqünü, sosial mövqeyini və həyat fəlsəfəsini özündə birləşdirən canlı mədəni simvoldur. O, əsrlər boyu həm milli kimliyimizin qoruyucusu, həm də dini və əxlaqi dəyərlərlə harmoniyada formalaşmış geyim mədəniyyətimizin əsas sütunlarından biri olub.
 

Bu gün kəlağayının gündəlik həyatımızdan sıxışdırılıb çıxarılması təsadüfi proses deyil. Onun yerini alan yad və çox zaman ideoloji yüklü baş örtükləri milli yaddaşın aşınmasına, estetik harmoniyanın pozulmasına və qadın obrazının qaranlıq, pessimist çərçivəyə salınmasına xidmət edir. Halbuki Azərbaycan cəmiyyətinin tarixi təcrübəsi sübut edir ki, dindarlıq tünd rənglərə bürünmək deyil, mənəvi kamillik və əməl bütövlüyüdür.


Bütün bunları nəzərə alsaq, kəlağayının yenidən gündəlik həyatımıza qaytarılması təkcə bir geyim elementinin dirçəldilməsi deyil, milli özünüdərkin, mədəni təhlükəsizliyin və sağlam həyat tərzinin təşviqidir. UNESCO səviyyəsində tanınan bu irs nümunəsi muzey vitrinlərində yox, yaşayan mədəniyyət simvolu kimi qadınlarımızın başında, cəmiyyətimizin yaddaşında və gündəlik həyatında yer almalıdır. Çünki kəlağayıya qayıdış əslində özümüzə, kökümüzə və milli kimliyimizə qayıdışdır.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

Depressiyanın daha bir fəsadı MƏLUM OLDU

Depressiyanın daha bir fəsadı MƏLUM OLDU

Hacıbala Abutalıbov Bakıya QAYITDI

Hacıbala Abutalıbov Bakıya QAYITDI

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

İran hələ də sonuncu kartını əlində saxlayır - Bu, dünya üçün hansı təhlükə yaradır?

İran hələ də sonuncu kartını əlində saxlayır - Bu, dünya üçün hansı təhlükə yaradır?

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

“Napoli” səfərdə qalib gəldi - VİDEO

“Napoli” səfərdə qalib gəldi - VİDEO

Xərçəngin müalicəsində YENİ KƏŞF

Xərçəngin müalicəsində YENİ KƏŞF

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

Gəncədə PARTLAYIŞ - Xəsarət alan var

Gəncədə PARTLAYIŞ - Xəsarət alan var

Sabahın havası AÇIQLANDI

Sabahın havası AÇIQLANDI

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

ABŞ-nin məşhur aktyoru vəfat etdi

ABŞ-nin məşhur aktyoru vəfat etdi

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Nadir Qafarzadə nəvələri ilə - FOTO

End of content

No more pages to load

RADİO