I Qarabağ müharibəsi qazisi, polkovnik-leytenant Sakit Niftiyev vəfat edib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, o, yaşadığı Cəlilabad rayonunda ürəktutmadan dünyasını dəyişib.
Mərhum ötən gün rayonun Kazımabad kəndində dəfn edilib.
Qeyd edək ki, I Qarabağ müharibəsinin qazisi olan S.Niftiyev müharibədən sonrakı illərdə də orduda xidmətinə davam edib və daha sonra ehtiyata buraxılıb.

Bizim.Media