Restoran və kafelərdə insan həyatı üçün TƏHLÜKƏ

“Restoran daxilində bəzək məqsədilə istifadə olunan materiallar da böyük əhəmiyyət daşıyır. Asan alışan dekorativ elementlər, sintetik örtüklər və yanğına davamlı olmayan materiallar yanğın zamanı alovun daha sürətlə yayılmasına səbəb olur”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib.

Onun sözlərinə görə, təəssüf ki, bir çox hallarda yanğınlar gözlənilməz səbəblərdən deyil, elementar təhlükəsizlik qaydalarına əməl olunmaması nəticəsində baş verir:

“Ölkəmizdə restoranlar və ictimai iaşə obyektləri üçün yanğın və digər mümkün təhlükələrlə bağlı kifayət qədər aydın və məcburi tələblər mövcuddur. Bu tələblər obyektin layihələndirilməsindən başlayaraq gündəlik fəaliyyətinə qədər bütün mərhələləri əhatə edir”.

Mütəxəssis bildirib ki, hər bir restoran avtomatik yanğın siqnalizasiya sistemləri ilə təchiz olunmalıdır:

“Bu sistemlər tüstünü və alovu ilkin mərhələdə aşkar edərək həm işçiləri, həm də müştəriləri vaxtında xəbərdar etməlidir. Eyni zamanda obyektlərdə normaya uyğun sayda və işlək vəziyyətdə olan yanğınsöndürən balonların mövcudluğu məcburidir. Xüsusilə mətbəx sahəsində qaz, yağ və yüksək temperaturla işləyən zonalarda risk daha yüksək olduğundan əlavə qoruyucu tədbirlər görülməlidir. Yanğın hadisəsi baş verdiyi halda, ilkin müdaxilə üçün yanğınsöndürmə vasitələri hər zaman işlək vəziyyətdə saxlanılmalıdır”.

Ekspert onu da qeyd edib ki, digər kritik məsələ təxliyyə ilə bağlıdır:

“Restoranlarda ən azı iki müstəqil çıxış yolu olmalı, bu çıxışlar heç vaxt kilidlənməməli, daim açıq saxlanılmalı və əşyalarla tutulmamalıdır. Təcrübədə tez-tez rast gəlinir ki, əlavə masa, dekorasiya və ya anbar kimi istifadə olunan çıxış yolları fövqəladə hallarda insanların həyatını ciddi risk altına salır. Yanğın zamanı əsas təhlükə əksər hallarda alovdan çox tüstü və panikadır. Təxliyyə yolları düzgün təşkil olunmadıqda isə saniyələr ərzində faciəvi hadisələr baş verə bilər”.

Orxan Musayev əlavə edib ki, elektrik və qaz təsərrüfatı da yanğınların əsas səbəblərindəndir:

“Normaya uyğun olmayan elektrik naqilləri, həddindən artıq yüklənmiş xətlər və vaxtında yoxlanılmayan qaz avadanlıqları ciddi təhlükə yaradır. Bir çox yanğınlar məhz mətbəxdə köhnə və düzgün quraşdırılmamış sistemlərdən başlayır. Halbuki bu risklər mütəmadi texniki baxış və peşəkar nəzarət vasitəsilə asanlıqla aradan qaldırıla bilər. Restoran daxilində bəzək məqsədilə istifadə olunan materiallar da böyük əhəmiyyət daşıyır. Asan alışan dekorativ elementlər, sintetik örtüklər və yanğına davamlı olmayan materiallar yanğın zamanı alovun daha sürətlə yayılmasına səbəb olur”.

Ekspertin fikrincə, ən çox diqqətdən kənarda qalan, lakin ən vacib məsələlərdən biri isə işçilərin yanğın zamanı düzgün davranış qaydalarını bilməməsidir:

“Mövcud tələblərə əsasən, işçilər mütəmadi olaraq təlimatlandırılmalı, hər bir məsul şəxs yanğın zamanı düzgün təxliyyə və ilkin müdaxilə prosesində fəal iştirak etməlidir. Sonda qeyd etmək lazımdır ki, yanğın təhlükəsizliyi tədbirləri əlavə xərc və ya formal prosedur deyil. Bu, insan həyatının qorunması üçün tələb olunan minimum şərtlərdir. Təcrübə də göstərir ki, qaydalara əməl edilən obyektlərdə yanğın riski dəfələrlə azalır və sonradan baş verə biləcək zərərlərin aradan qaldırılmasına xərclənən vəsaitdən qat-qat az xərc öncədən təhlükəsizliyə yönəldilmiş olur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

Depressiyanın daha bir fəsadı MƏLUM OLDU

Depressiyanın daha bir fəsadı MƏLUM OLDU

Hacıbala Abutalıbov Bakıya QAYITDI

Hacıbala Abutalıbov Bakıya QAYITDI

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

İran hələ də sonuncu kartını əlində saxlayır - Bu, dünya üçün hansı təhlükə yaradır?

İran hələ də sonuncu kartını əlində saxlayır - Bu, dünya üçün hansı təhlükə yaradır?

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

“Napoli” səfərdə qalib gəldi - VİDEO

“Napoli” səfərdə qalib gəldi - VİDEO

Xərçəngin müalicəsində YENİ KƏŞF

Xərçəngin müalicəsində YENİ KƏŞF

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

Gəncədə PARTLAYIŞ - Xəsarət alan var

Gəncədə PARTLAYIŞ - Xəsarət alan var

Sabahın havası AÇIQLANDI

Sabahın havası AÇIQLANDI

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

ABŞ-nin məşhur aktyoru vəfat etdi

ABŞ-nin məşhur aktyoru vəfat etdi

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

End of content

No more pages to load

RADİO