Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, şəhər ərazisində “BakuBus” MMC-yə məxsus sərnişin avtobusu ilə “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində avtobusun sürücüsü, 1992-ci il təvəllüdlü Vüsal Verdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Zərərçəkən dərhal tibb müəssisəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata əsasən, onun vəziyyəti orta ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media