Bu gün axşam saatlarında Şəki-Qax magistral yolunda qəza baş verib.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, yolun Şəki ərazisindən keçən hissəsində "Opel" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılaraq aşıb.
Qəza nəticəsində sərnişin 2005-ci il təvəllüdlü Balakən rayon sakini Vüqar Yaşar oğlu Mahmudov xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu