Paytaxtın Xətai rayonunda evlərdən silsilə oğurluqlar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək evlərindən məişət əşyalarının talandığını bildiriblər.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş B. Bayramov saxlanılıb. Ondan, həmçinin psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Araşdırmalar davam etdirilir.
Bizim.Media