Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 07.56-da baş verib.
3,7 maqnitudalı zəlzələ ocağının dərinliyi 9 kilometr olub. Titrəyişlər episentrdə 4 bala qədər hiss olunub.
Bizim.Media