Şəmkirdə evin həyətində kişi meyiti tapılıb.
Bizim.Media xəbər verir ki, hadisə səhər saat 7 radələrində rayonun Mahmudlu kəndində qeydə alınıb.
Kənd sakini 64 yaşlı Mehman İsrayıl oğlu Qurbanovun meyiti yaşadığı evin həyətində ailəsi tərəfindən aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.
Araşdırma aparılır. (lent.az)
Bizim.Media