Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.
Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə şəhərin 36-cı məhəlləsində yerləşən apteklərin birində baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın qısa müddət ərzində söndürülüb.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Bizim.Media