Cəfər Cabbarlı adına kinostudiyanın ərazisində yerləşən heykəlin bərpası ilə bağlı hazırda planlı şəkildə restavrasiya işlərinə başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasından bildirilib.
Qeyd edilib ki, "Azərbaycanfilm" kinostudiyasında bu il artıq bərpa işlərinin başlanılması planlaşdırılıb. Hazırda kinostudiyada yerləşən Cəfər Cabbarlı heykəlinin bərpası işlərinə Rəssamlıq Akademiyasının mütəxəssisləri cəlb olunurlar. Növbəti mərhələdə abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
İşlər müvafiq qaydalara uyğun olaraq aparılır və yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə
tutulur.
Bizim.Media