Sevgilisini öldürən iş adamı ifadə verdi - "Kəlmeyi-şəhadəti öyrədirdim"

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Emil Ağacanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, E.Ağacanov anlaqsız vəziyyətdə olduğu üçün məhkəməyə ixtisaslaşdırılmış tibb müəssisəsindən gətirilib.
 

Prosesdə prokuror ittiham aktını elan edib. Sənəddə göstərilib ki, 22 avqust 2025-ci ildə E.Ağacanov reabilitasiya mərkəzinə aparılsa da, o, müalicədən imtina edərək sevgilisi İradə Muradova ilə evə qayıdıb, gecə saatlarında anlaqsız vəziyyətdə qadını boğaraq qətlə yetirib.

 

Prosesdə ittihama münasibət bildirən E.Ağacanov qəribə fikirlər səsləndirib.

Bildirib ki, İradə Muradova ilə 15 ildən artıq sevgili olub:

"İradə mənim ən çox istədiyim qadın olub. Həmişə yanımda olub. Bizi ayıran şeytanlar oldu. İradə həmin vaxt özü deyildi, məni divara çırpırdı. Onu cinlər idarə edirdi. Mən sadəcə onu qucaqlayıb saxlamaq istəyirdim. Başqa heç nə yadımda deyil. Mənim ailəm olsa da, onunla sevgili idim. O, xristian olduğu üçün evlənə bilmirdik.

Dinimizə gətirmək, kəlmeyi-şəhadəti öyrətmək istəyirdim. Onun işlətdiyi telefon da şeytan əməli idi. "iPhone" telefonlarının arxası açılmır, ona görə də o cihaz "şeytan əməli"dir. Çünki o telefonların arxası açılmır. Mən onun telefonunu sındırdım ki, şeytandan uzaq olsun. Onun üçün ayətül-kürsü oxuyurdum ki, şeytanları qovum.
 

Həmin gün evdə ona kəlmeyi-şəhadəti öyrədirdim. Bu zaman telefonuma zəng gəldi. İradə cavab verməyimi istədi, mən isə bunun şeytan əməli olduğunu deyərək imtina etdim. Aramızda mübahisə yarandı və telefonu vurub sındırdım. Hadisədən bir neçə gün əvvəl bir xanımla tanış olmuşdum, ola bilsin zəng edən də o idi. Daha sonra İradəyə namaz qılmağı təklif etdim. Kəlmeyi-şəhadəti dedi, lakin sonra yenidən mübahisə başladı. Onu hamama qüsul almağa apardım.

 

Hamamda ayağı sürüşüb yıxıldı, onu tuta bilmədim və başı yerə dəydi. Onu hamamdan çıxardım, üstünə möhür qoyub qucaqladım. Daha sonra məni divara vurmağa başladı. Bundan sonrasını xatırlamıram. Sonradan mənə dedilər ki, İradə komaya düşüb və xəstəxanaya aparılıb.

İradə indi də ölməyib. Sizi cinlər inandırır ki, o ölüb. Onun daxilində cin-şeytan var idi. Qohumlar deyirdi ki, onu buraxım, amma razı olmadım. Bilirdim ki, onu öldürüb məni həbs edəcəklər, anamı zəhərləyib var-dövlətimi ələ keçirəcəklər".

E.Ağacanov etiraf edib ki, 2010-cu ildən narkotik qəbul etməyə başlayıb:

"Həmin gün narkotik qəbul etmək istədim, İradə gizlətdi, vermədi. Özüm tapıb çəkdim".

E.Ağacanov bildirib ki, İradə Muradova ilə Maldiv adalarına istirahətə gedib:

"Qayıdandan sonra İradənin anası üçün ev almışdım".

Prosesdə ifadə verən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Rəna Muradova bildirib ki, E.Ağacanov yalan danışır:

"Bacımla Emil tanış olanda mən də onların yanında olmuşam. Biz bilmirdik ki, Emil ikinci dəfə evlənib. Bacım həmişə anamla olub, başqa evdə qalmayıb. Hadisə gecəsi İradə anama zəng edərək işdə olduğunu və gec gələcəyini söylədi.
 

Ölümündən yarım saat əvvəl İradə normal şəkildə evdən həyətə düşüb. Amma öləndə onun əynində paltar olmayıb, qatil də çılpaq olub. Mənə dedilər ki, Emil bacımın başına güldanla vurub, onu boğub və sifəti tanınmaz vəziyyətdə idi. Bacımı morqda görəndə tanımadım, hətta dırnaqlarına qədər sınmışdı. Həmin gecə İradəni Emilin evinə onun bacısı göndərib. Bacısı İradəyə deyib ki, Emil telefonları götürmür, get yanına, gör nə olub. Emil narkotik qəbul edib, bacımı öldürüb.


Bacısıgil bilirdilər ki, Emil narkotik çəkib, ona görə də yanına İradəni göndərmişdilər. Mən Emili heç vaxt anlaqsız vəziyyətdə görməmişəm və onun dəli olduğuna inanmıram. Həmin gün bir neçə dəfə narkotik istifadə edib. İndi burada nağıl danışır, "cin-şeytan var" deyir. İnanmayın, o özünü dəliliyə vurur".

Proses yanvarın 29-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda baş verib. Bakı şəhər sakini İradə Muradovanın meyiti iş adam Emil Ağacanovun evində tapılıb. Qadının boğularaq qətlə yetirilməsi müəyyən edilib.

Həmçinin xatırladaq ki, E.Ağacanov "Chermington Transportation Services", "AZRENT", "Caspi Style" şirkətlərinin və İtaliya brendi "YAMAMAY" mağazasının sahibidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

Ronaldo niyə milliyə çağırılmayıb?

Ronaldo niyə milliyə çağırılmayıb?

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

End of content

No more pages to load

RADİO