Gəncədə qohumlar arasında düşən mübahisə sonradan əlbəyaxa davaya çevrilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə çay kənarında baş verib.
Dava zamanı 1985-ci il təvəllüdlü Etibar Nuriyev və onun oğlu 17 yaşlı Ə.Nuriyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu