Tək yaşamaq HƏVƏSİ - Qadınlar niyə ailə həyatından qaçır?

Son araşdırmalar göstərir ki, tək yaşayan qadınlar digər qruplara nisbətən daha xoşbəxt həyat sürürlər.

Bizim.Media bildirir ki, sosial elm tədqiqatları evlənməmiş və uşaq sahibi olmayan qadınların fiziki və emosional baxımdan daha yüksək rifah səviyyəsinə malik olduğunu göstərir.
 

Qeyd edilir ki, yalnız yaşayan qadınlar sosial əlaqələrinə də daha çox vaxt ayırır, dostları və ətrafları ilə münasibətlərini gücləndirir ki, bu da onların ruh halına müsbət təsir göstərir. Bu faktın nə dərəcə doğru olduğu isə mübahisəlidir.


Tək yaşayan qadınların həyat səviyyəsindəki fərqlər nədən ibarətdir?

Azərbaycanda qadınların gec evlənməsi və ya heç evlənməməsi nə ilə bağlıdır?

Tanınmış psixoloq Gülnar Orucova mövzu ilə bağlı Bizim.Media-ya verdiyi açıqlamada deyib ki, arzular çoxalıb, seçimlər artıb, sərhədlər qoyulub, qadın artıq özü istədiyini seçir və o seçim olmayana qədər də ailə qurmur:

“Bəzən deyirlər ki, subaylıq xoşbəxtlikdir. Uğursuz bir münasibətdən və ya evlilikdənsə, təbii ki, subaylıq daha yaxşıdır. Amma burada bir məsələ var. Azərbaycanda ailə quran qadının emosional və məişət yükü artır. Bu yük artdığına görə, qadın xoşbəxt ola bilmir.
 

Azərbaycanda evliliklərin gecikməsinin müəyyən səbəbləri var. Bunu mental dəyərlər də gecikdirə bilir. Məsələn, evlilik olanda qızıl alınır, dəb-dəbəli toy edilir, nişan xonçaları aparılır, xınayaxdı mərasimləri olunur. İndi xına mərasimlərinə məşhur müğənnilər dəvət olunur və bu yüklər artır.


Azərbaycanda bir kişinin formalaşması, özünü müəyyən bir həddə çatdırması, nələrsə etməsi zaman alır. Bəzi insanlar da həmin o zamanı gözləməyə bilər”.

Gülnar Orucova bildirib ki, indi Azərbaycan xanımları daha çox xarici vətəndaşlarla evlənmək istəyir:

“Səbəbini soruşanda isə deyirlər ki, xaricilər azad və rahatdırlar, qadağaları daha azdır və onlarla xoşbəxt olmaq daha asandır. Amma uğursuz münasibətdənsə, tək yaşamaq daha üstündür. Xoşbəxt evlilik, düzgün münasibət psixoloji rahatlıq verə bilər Amma gərgin bir münasibət gələcəklə bağlı narahatlıq və psixoloji sarsıntıya səbəb olur. Ona görə, bu gün subay olmağı daha çox insan seçir”.

Psixoloq qadınların evlilikdən uzaqlaşmasını, xüsusən də, maddi səbəblərlə əlaqələndirərək qeyd edir:

“Tək qadın ona görə xoşbəxt olur ki, o işləyir və qazandığını ancaq özünə sərf edir. Bunu pasiyentlərimdən də görürəm ki, misal üçün, 650 manat alan bir xanım var. O, idmana da gedir, xaricə də gedir, özünə geyim də alır və o çox xoşbəxtdir. Əslində, bu, o qədər də böyük bir pul deyil. Mən soruşdum ki, sən bu pulla necə yaşaya bilirsən?
 

O da izah etdi ki, məsələn, kredit götürüb filan ölkəyə gəzməyə gedir, sonra banka hissə-hissə ödəyir. Gedib hansısa ölkəni gəzir və bu, ona xoşbəxtlik verir. Qadın alış-veriş edəndə də motivasiyası yüksək olur. İdmana gedir stressini atır. Evli olan insanın isə müəyyən problemləri olur ki, o sırf problemləri həll etmək uğrunda çalışır.


Bunu görən subay qadın isə özünü bir iş yoldaşı və ya sinif yoldaşı ilə müqayisə edir və özünü daha xoşbəxt hiss edir. Amma o qadın o əməkhaqqı alanla evlənsə, ailə qursa, uşağı olsa, müəyyən xərcləri də uşağa getsə, özü üçün nəyisə çatışmayacaq və maddi sıxıntısı olduğu üçün də özünü xoşbəxt hiss etməyəcək.

Bu gün Azərbaycanda gənclərin gec ailə qurması və ya evlilikdən imtina etməsi məhz özlərini tam formalaşdırmamış olması, evliliyə fiziki, psixoloji, maddi olaraq hazır olmaması, evlilik düşüncəsinin artıq yanlış yöndə getməsi, efirlərin, medianın uğursuz evlilikləri daha çox təqdim etməsi və insanların bundan narahat olması kimi faktorlarla bağlıdır”.

Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

Ronaldo niyə milliyə çağırılmayıb?

Ronaldo niyə milliyə çağırılmayıb?

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

End of content

No more pages to load

RADİO