Dəm qazı Gəncədə can alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Daşkəsən rayon sakini 1991-ci il təvəllüdlü M.Ələsgərov Gəncədə yaşadığı evin hamamında dəm qazından zəhərlənib.
35 yaşlı kişi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olamayıb. Ölüm faktı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.
Məqsəd Rəhiov, Bizim.Media, Qərb bürosu