Balakəndə maşın piyadanı vurub. Hadisə bir həftə əvvəl rayonun Qazma kəndi ərazisində baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanvarın 9-da rayon sakini Sadiq Balagözov idarə etdiyi “VAZ-2115” markalı avtomobillə Balakən rayonunun Qazma kəndindən şəhər istiqamətində hərəkətdə olarkən yolu keçən piyada, 64 yaşlı Cəərey Əliyevanı vurub. Piyada aldığı xəsarətlərdən dünən xəstəxanada vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu