Şəkidə minik avtomobili yanıb. Hadisə axşam saatlarında rayonun Cumakənd kəndində baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 26 yaşlı Elmir Elton oğlu Hüseynova məxsus “Qaz 3110” markalı minik avtomobilində baş verən yanğın nəticəsində maşının yanar konstruksiyaları yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəinin texnikası və şəxsi heyəti cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu