Paytaxtın Səbail rayonunda dələduzluq faktı qeydə alınıb.
Bizim.Media xəbər verir ki, zərərçəkən əvvəlcədən tanıdığı şəxsdən “brend marka” adı altında 2 ədəd qol saatı alıb və sonradan həmin məhsulların orjinal olmadığı ortaya çıxıb.
Bu yolla vətəndaşın 5200 manatı ələ keçirilib. Polis əməkdaşları qeyd olunan əməli törətməkdə şübhəli bilinən 41 yaşlı R.İsmayılovu saxlayıb. (Apa.az)
Bizim.Media