Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən 6 saylı İnternat məktəbinin qarşısını su basıb.
Bizim.Media-ya bu barədə Türkan qəsəbə sakinləri müraciət ediblər. Dediklərinə görə hər yağışdan sonra qəsəbənin mərkəzi gölməçəyə çevrilir.
Asfalt yolları su basır, piyadaların və avtomobillərin hərəkəti çətinləşir. Bu dəfə acınacaqlı mənzərə 6 saylı İnternat məktəbinin qarşısında yaşanıb.
Sakinlər qonşu məhəlləyə çəkilən borudan axan çirkli suyun da 6 saylı İnternat məktəbinin qarşısından axaraq gölməçə yaratdığını dilə gətiriblər.
Bildiriblər ki, qəsəbənin əksər küçələri bu vəziyyətdədir və kanalizasiya sistemi olmadığı üçün asfalt örtükləri yararsız hala düşür.
Daha ətraflı videoda:
Fatimə Əliyeva, Bizim.Media