Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Şuşa şəhərciyində yaşayan 1985-ci il təvəllüdlü Səbirə Ələkbər qızı Kazımova anası ilə mübahisə edib. Mübahisə zamanı S.Kazımova anası tərəfindən bıçaqlanıb.
O, sol qolun və sinə nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Cərrahi əməliyyat edilib.
Fakt Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırılır.
Bizim.Media