Azərbaycanda özəl məktəblərin əlyandıran qiymətləri - SİYAHI

Elm və təhsil hər bir cəmiyyətin gələcəyini formalaşdıran əsas sütunlardır. İnsan düşüncəsinin inkişafı, dünyagörüşünün genişlənməsi və sağlam cəmiyyətin qurulması da, elə məhz keyfiyyətli təhsildən başlayır.
 

Bu baxımdan valideynlər övladlarının təhsil alacağı məktəbi seçərkən tədris proqramının səviyyəsinə, müəllim heyətinin peşəkarlığına, maddi-texniki bazaya, ələlxüsus beynəlxalq imkanlara xüsusi diqqət yetirirlər.


Xüsusilə Bakıda fəaliyyət göstərən özəl məktəblər bu tələblərə cavab verən alternativlər kimi ön plana çıxır. Lakin vurğulamaq gərəkdir ki, bu məktəblərin təqdim etdiyi imkanlarla yanaşı, təhsil pilləsindən və tədris şərtlərindən asılı olaraq bir-birindən fərqlənir.

Bizim.Media Azərbaycanda fəaliyyət göstərən özəl məktəb və liseylərin illik təhsil haqqı məbləğlərini araşdırıb.

Bakı Atatürk Liseyində V-IX siniflər üzrə illik təhsil haqqı 2 500-4 500 manat təşkil edir. Simurq Liseyində I-IV siniflər üçün ödəniş 2 625-5 250 manat, V-IX siniflər üzrə isə 2 890-3 940 manatdır. Western School-da V-IX siniflər üçün illik təhsil haqqı 6 000 manat müəyyən edilib. Müasir İnnovasiyalar Liseyində I-IV siniflər üzrə qiymətlər 6 000-7 000 manat, V-IX siniflər üçün 6 500-8 000 manat, X-XI/XII siniflər üzrə isə 7 000-8 500 manatdır.
 

Landau School-da ibtidai siniflər üzrə illik ödəniş 6 300-8 700 manat, orta siniflərdə isə 7 300-13 600 manat arasında dəyişir. Erudit Liseyində V-IX siniflər üzrə illik təhsil haqqı 6 500 manatdır. Hədəf Liseyində I-IV siniflər üçün ödəniş 6 500-9 000 manat, V-IX siniflər üzrə isə 5 000-9 000 manat təşkil edir. Yaşam Beynəlxalq Məktəbində ibtidai siniflərdə təhsil haqqı 6 550-7 250 manat, orta siniflərdə 7 250-8 670 manat, tam orta pillədə isə 4 800 manatdır.


Bakı Beynəlxalq Təhsil Kompleksində V-IX siniflər üzrə illik ödəniş 8 000-9 000 manat səviyyəsindədir. Kaspi Liseyində I-IV siniflər üçün qiymətlər 8 350-9 000 manat, V-IX siniflərdə 8 850-9 950 manat, X-XI/XII siniflər üzrə isə 8 950-9 450 manat təşkil edir.

Ada School-da ibtidai siniflər üzrə illik təhsil haqqı 15 000 manat, tam orta pillədə isə 8 400-11 550 manatdır. Bakı İstanbul Liseyində V-IX siniflər üzrə ödəniş 9 000-10 000 manatdır. Evrika Liseyində ibtidai siniflər üçün qiymətlər 9 000-10 500 manat, orta siniflərdə isə 9 500-14 500 manatdır.
 

Beynəlxalq Maarif Məktəblərində I-IV siniflər üzrə illik təhsil haqqı 9 201-10 862 manat, V-IX siniflər üçün 10 357-12 307 manat müəyyən edilib. İdrak Liseyində ibtidai pillədə ödəniş 10 000-12 500 manat, orta siniflər üzrə isə 10 500-16 500 manat təşkil edir. Dünya Məktəbində I-IV siniflər üçün təhsil haqqı 11 000-13 500 manat, V-IX siniflərdə isə 11 500-17 500 manatdır.


Avropa Azərbaycan Məktəbində ibtidai pillə üzrə ödəniş 11 250 manat, orta siniflər üçün 13 250 manat, tam orta təhsil üzrə isə 16 150 manatdır. XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində V-IX siniflər üzrə illik təhsil haqqı 12 000-14 500 manatdır. Britaniya Məktəbində I-IV siniflər üçün ödəniş 12 000 manat, tam orta pillədə isə 15 000 manat təşkil edir. Bakı Modern Təhsil Kompleksində V-IX siniflər üzrə illik təhsil haqları 12 000-25 000 manat arasında dəyişir.

Sabis Sun International School-da orta siniflər üzrə təhsil haqqı 14 400-15 900 manatdır. Sabah School-da V-IX siniflər üçün illik ödəniş 15 000 manatdır. Oxbridge Academy Baku-da ibtidai siniflər üzrə təhsil haqqı 15 640 manat, orta siniflərdə 15 640-18 020 manat, tam orta pillədə isə 20 740-24 820 manat təşkil edir.
 

Bakı Oxford Məktəbində I-IV siniflər üzrə ödəniş 17 000-17 500 manat, V-IX siniflər üçün 17 500-18 000 manat, X-XI/XII siniflər üzrə isə 18 000-20 500 manatdır. Müasir Təhsil Kompleksində ibtidai siniflər üzrə illik təhsil haqqı 18 300 manat, orta siniflərdə 14 800-18 800 manat, tam orta pillədə isə 15 000-19 000 manat müəyyən edilib.


Azərbaycan Britaniya Kollecində illik təhsil haqqı ibtidai siniflər üzrə 20 000 manat, orta siniflər üçün 21 000-22 000 manat təşkil edir, Azərbaycan Beynəlxalq Məktəbində isə bu göstərici 54 900 manatdır.

Araşdırmalar göstərir ki, yeni tədris ilində 2024/2025-ci tədris ili ilə müqayisədə əksər özəl məktəblərin qiymətlərində fərqlilik qeydə alınıb.

Müasir İnnovasiyalar Liseyində bütün pillələr üzrə qiymət artımı qeydə alınıb. Belə ki, 2024/2025-ci tədris ilində ibtidai siniflər üçün 5 500-6 500 manat təşkil edən illik ödəniş 2025/2026-cı ildə 6 000-7 000 manata yüksəlib. Orta pillədə qiymətlər 7 000-7 500 manatdan 6 500-8 000 manata, tam orta təhsil pilləsində isə 7 000-9 000 manatdan 7 000-8 500 manata qədər dəyişib. Ümumilikdə artım 500-1 000 manat aralığında olub.

Landau School-da da oxşar dinamika müşahidə olunur. Əvvəlki tədris ilində ibtidai siniflər üzrə 6 000-8 300 manat olan təhsil haqqı yeni ildə 6 300-8 700 manata, orta pillədə isə 7 000-12 900 manatdan 7 300-13 600 manata yüksəlib. Artım orta hesabla 300-700 manat təşkil edib.
 

Dünya Məktəbində qiymət artımı daha nəzərəçarpandır. Belə ki, 2024/2025-ci ildə ibtidai siniflər üçün 10 000-12 500 manat olan ödənişlər 2025/2026-cı ildə 11 000-13 500 manata, orta pillədə isə 10 500-16 500 manatdan 11 500-17 500 manata çatdırılıb. Bu məktəbdə artım 1 000 manat səviyyəsində qeydə alınıb.


Bakı Oxford Məktəbində xüsusilə yuxarı siniflər üzrə qiymətlər əhəmiyyətli dərəcədə yüksəlib. 2024/2025-ci ildə 16 500-17 500 manat aralığında olan ödənişlər yeni tədris ilində 17 000-18 000 manata, tam orta təhsil pilləsində isə 18 000-20 500 manata yüksəlib. Burada artım bəzi pillələr üzrə 3 000 manata qədər çatıb.

Ada School-da qiymət siyasəti daha çox struktur dəyişikliyi ilə diqqət çəkir. Əvvəlki tədris ilində tam orta pillə üzrə 8 000 manat olan illik təhsil haqqı 2025/2026-cı ildə ibtidai siniflər üçün 15 000 manat, tam orta pillədə isə 8 400-11 500 manat aralığında müəyyən edilib.

Bununla yanaşı, Britaniya məktəbində də qiymətlərdə artım nəzərə çarpır. Belə ki, sözügedən məktəbdə 2024/2025-ci ildə ibtidai təhsildə qiymətlər 8 000-14 000 manat , orta təhsil pilləsində isə 14 000 manat təşkil edibsə, 2025/2026-cı tədris ilində bu rəqəm müvafiq olaraq 12 000, 15 000 olaraq dəyişib.
 

Bəzi özəl məktəblərdə isə təhsil haqları dəyişməz olaraq qalıb. Western School-da illik ödəniş hər iki tədris ilində 6 000 manat təşkil edib. Avropa Azərbaycan Məktəbində də qiymətlər ötən tədris iliylə müqayisədə olduğu kimi saxlanılıb və pillələr üzrə 11 250-16 150 manat aralığında dəyişir. Həmçinin, SABAH School da təhsil haqları əvvəlki illə eyni səviyyədə qalıb.


Araşdırmaya əsasən, ən kəskin qiymət artımı Azərbaycan Beynəlxalq Məktəbində müşahidə olunub. Belə ki, 2024/2025-ci tədris ilində 43 673 manat olan illik təhsil haqqı 2025/2026-cı ildə 54 900 manata yüksəlib. Artım orta hesabla 11 227 manat təşkil edib.

Ümumilikdə, 2025/2026-cı tədris ilində özəl məktəblərdə təhsil haqları əsasən 500-2 000 manat aralığında artıb. Xüsusilə beynəlxalq proqramlar və tam orta təhsil pillələri üzrə qiymətlərin daha sürətlə yüksəldiyi müşahidə olunur. (Mənbə: Banco.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən güclü pasportları AÇIQLANDI – SİYAHI

Dünyanın ən güclü pasportları AÇIQLANDI – SİYAHI

ABŞ Qrenlandiyanı satın almaq üçün 700 milyard dollar xərcləyəcək?

ABŞ Qrenlandiyanı satın almaq üçün 700 milyard dollar xərcləyəcək?

Bakıda “brend saat” satdığını deyərək dələduzluq edən şəxs saxlanıldı

Bakıda “brend saat” satdığını deyərək dələduzluq edən şəxs saxlanıldı

TRİPP-in icrası ilə bağlı çərçivə sənədinə rəsmi Bakıdan REAKSİYA

TRİPP-in icrası ilə bağlı çərçivə sənədinə rəsmi Bakıdan REAKSİYA

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu

ABŞ Qrenlandiyanı öz ərazisinə qatarsa, sıralamada neçənci ölkə olacaq?

ABŞ Qrenlandiyanı öz ərazisinə qatarsa, sıralamada neçənci ölkə olacaq?

Bakıda qarlı hava ilə bağlı hansı hazırlıq işləri görülüb? – RƏSMİ AÇIQLAMA

Bakıda qarlı hava ilə bağlı hansı hazırlıq işləri görülüb? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda ədəbi mühitin inkişafı üçün yeni LAYİHƏ TƏSİS EDİLƏCƏK

Azərbaycanda ədəbi mühitin inkişafı üçün yeni LAYİHƏ TƏSİS EDİLƏCƏK

Unudulmuş musiqi əsərlərimiz sistemli şəkildə ARAŞDIRILACAQ – RƏSMİ

Unudulmuş musiqi əsərlərimiz sistemli şəkildə ARAŞDIRILACAQ – RƏSMİ

36 eksponat xaricdən Azərbaycana geri qaytarıldı – FOTO

36 eksponat xaricdən Azərbaycana geri qaytarıldı – FOTO

Bu ölkələrdə yaşa görə PENSİYA VERİLMİR

Bu ölkələrdə yaşa görə PENSİYA VERİLMİR

Sumqayıtda "Yaşıl dərə" sakinlərinin yol probleminə RƏSMİ REAKSİYA - FOTO

Sumqayıtda "Yaşıl dərə" sakinlərinin yol probleminə RƏSMİ REAKSİYA - FOTO

Hikmət Hacıyev Ukrayna səfiri ilə GÖRÜŞDÜ - FOTO

Hikmət Hacıyev Ukrayna səfiri ilə GÖRÜŞDÜ - FOTO

Türkan məktəbi SU ALTINDA – VİDEO

Türkan məktəbi SU ALTINDA – VİDEO

Şamaxı–Qonaqkənd avtomobil yolunda torpaq sürüşməsi - FOTO

Şamaxı–Qonaqkənd avtomobil yolunda torpaq sürüşməsi - FOTO

Həmin şəxslər bu ölkələrə vizasız gedə BİLƏCƏK

Həmin şəxslər bu ölkələrə vizasız gedə BİLƏCƏK

İlham Əliyev "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasını TƏSDİQLƏDİ

İlham Əliyev "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasını TƏSDİQLƏDİ

Prezidentdən "Şuşa Otel-Konqres Mərkəzi Kompleksi" ilə bağlı SƏRƏNCAM

Prezidentdən "Şuşa Otel-Konqres Mərkəzi Kompleksi" ilə bağlı SƏRƏNCAM

Şəbnəm ad gününə gəlmələri üçün onlara pul ödəyib?

Şəbnəm ad gününə gəlmələri üçün onlara pul ödəyib?

Bakıda 1,7 milyonluq əmlak HƏRRACA ÇIXARILDI - FOTO

Bakıda 1,7 milyonluq əmlak HƏRRACA ÇIXARILDI - FOTO

Meteohəssas insanların NƏZƏRİNƏ!

Meteohəssas insanların NƏZƏRİNƏ!

Erməni hərbçinin cəsədi TAPILDI - GÜLLƏLƏNİB

Erməni hərbçinin cəsədi TAPILDI - GÜLLƏLƏNİB

Tərtər hadisələrində ölən polkovnikin övladlarına 20 min veriləcək

Tərtər hadisələrində ölən polkovnikin övladlarına 20 min veriləcək

SON DƏQİQƏ! Dörd məhkum Ermənistana təhvil verildi – ADLAR

SON DƏQİQƏ! Dörd məhkum Ermənistana təhvil verildi – ADLAR

End of content

No more pages to load

RADİO